Mətbuat 23.11.2019 21:33

“News Blaze” nəşri Qarabağdan yazdı: nifrətin sonu yoxdur

Amerikada çıxan “News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin “Dağlıq Qarabağdan olan məcburi köçkünlərin itkiləri, salamat qalmaları və ümidləri” sərlövhəli məqaləsi dərc edilib.

Rakus.az xəbər verir ki, yazıda Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı reallıqlar haqqında Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədilə bu yaxınlarda Los-Ancelesdə səfərdə olmuş Azərbaycan nümayəndə heyətinin üzvlərinin – Dağlıq Qarabağdan olan məcburi köçkünlərin taleyindən bəhs edilir.

Müəllif Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev, Azərbaycandakı ADA Universitetinin professoru Gülməmməd Məmmədov, həmçinin Xocalı qırğınından sonra sanki möcüzə nəticəsində sağ qalmış Dürdanə Ağayeva və Ceyhun Ələkbərov ilə görüşü barədə söhbət açır. Bu dörd nəfərin hamısı Azərbaycanın Qarabağ regionundan məcburi köçkünlərdir.

Qringer qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə – Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürəndə başlanıb. Ermənistanın başladığı bu elan edilməmiş müharibə Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın Dağlıq Qarabağa bitişik yeddi rayonunda erməni qoşunları tərəfindən qanunsuz müdaxiləyə, işğala və etnik təmizləməyə gətirib çıxarıb. Hazırda Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən beşdəbir hissəsi Ermənistanın işğalı altındadır.

Müəllif vurğulayır ki, ermənilər bu regiondakı yaşayış məntəqələrinin adlarını dəyişdirməyə və işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsini məhv etməyə başlayıblar. Müəllif daha sonra görüşdüyü nümayəndə heyəti üzvlərinin həyatı barədə söhbət açır. Məqalədə 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı qırğını ilə bağlı vəhşiliklərin təfsilatı qeyd edilir.

Holokostu görmüş insanların qızı olan Qringer Dağlıq Qarabağda vəhşiliklərdən sonra salamat qalmış insanların həyat təcrübəsini öyrənərək öz məqaləsinin sonunda bu nəticəyə gəlib ki, nifrətin sonu yoxdur.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO