Nikahdan imtina edən 63 cütlük barışdı
Bu il ərzində Azərbaycanda boşanmaq istəyən zaman barışdırılan cütlüklərin sayı məlum olub.
Rakus.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevral ayında 278 şəxs psixoloqla söhbətə cəlb olunub. Nəticədə onlardan yanvar ayında 50-i (25 cütlük), fevral ayında isə 76-ı (38 cütlük) nikahın pozulmasından imtina edib.
İlin ilk üç ayı ərzində Azərbaycanda nikah və boşanma hallarının sayı da açıqlaqnıb. Yanvar ayında qeydiyyat orqanlarında 4 353, fevral ayında 4 027, mart ayında isə 3 931 nikah dövlət qeydiyyatına alınıb.
Ümumiyyətlə, 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1 467, fevral ayında 1 493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb.