Təhlil 11.06.2023 10:11

Nikol Paşinyanın məlum ikiüzlülüyü – gizlədilməyən riyakar xislət – TƏHLİL

Ermənistan hakimiyyəti Qərblə Rusiya arasında vurnuxur. Bu ölkənin siyasi hakimiyyətinin regional hadisələrə, xüsusən Azərbaycanla münasibətlərin normallaşmasına konkret baxışı və mövqeyi yoxdur. Bu, rəsmi İrəvanın ardıcıl siyasət yürütmədiyinin göstəiricisidir. Ermənistanın belə mövqeyi Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyi təhdid edir.

Rəsmi İrəvan ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşlərdə onların xoşuna gəlməyə, Moskvada isə Rusiyanın yanında olduqlarını açıqlamaqla ikiüzlülük göstərir. Bu, saxtakarlıqla yanaşı həm də riyakarlıqdır.

Nikol Paşinyanın Moskvaya səfərinin və verdiyi açıqlamaları ilə yenidən məlum ikiüzlü, riyakar xislətinin gizlətməyib.

Rusiya Prezidenti Vladimir Putinlə iyunun 9-da Soçidə keçirdiyi görüşdə Ermənistan lideri yenə yalan danışaraq, qarşı tərəfə saxta məlumat verib. Paşinyan bildirib ki, Laçın yolu “bağlanıb”, Azərbaycanın Qarabağ iqtisadi rayonunda “ermənilərin vəziyyəti ağırdır” və s.
Əvvəla qeyd etmək lazımdır ki, V.Putinin Qarabağ iqtisadi rayonundakı vəziyyətlə bağlı məlumatı Paşinyandan almasına ehtiyac yoxdur.

Çünki ərazidə sülhməramlı qüvvələri var. Yol bağlıdırsa, o zaman sülhməramlılar ərzağı hansı yolla daşıyırlar?

Nikol Paşinyan qarşı tərəfə bu kimi saxta məlumatlar ötürməklə rəsmi Moskva ilə Azərbaycan arasında etibarsızlıq yaratmağa da səy edir.

Bu, ənənəvi erməni xislətidir. Nikol Paşinyan 5 illik hakimiyyəti dövründə bunu dəfələrlə nümayiş etdirib.

O, Qərb blokunun liderləri ilə görüşlərdə demokratiyadan danışır, özünü sülhsevər göstərir. Moskvaya və ya Federasiyanın başqa şəhərlərinə səfəri zaman isə Rusiyaya yaltaqlanır. Paşinyan mayın 9-da Moskvadakı parada qatılıb. Onun ardınca Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi İcmasının sammitində iştirak edib.

Moldovadan qayıdandan sonra Soçiyə gedib. Orada özünü yenidən “Rusiyaya sədaqətli” olduğunu göstərməyə cəhdlər edib. Bu zaman o, yalan danışıb, yaltaqlı etməyi belə özünə sığışdırıb.

Ehtimal etmək olar ki, o, bu səfəri ilə həm də Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsi üçün hazırlıq görürmüş… (Sadəcə iyunun 12-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarının növbəti raundu ilə təxirə salındı).

Nikol Paşinyan və onun komandası Qərblə Rusiya arasında riyakarcasına manevr etdikcə Azərbaycanla münasibətlərin normallaşması gecikəcək. Deməli, regionda sülhün yaranmasına, əməkdaşlığın reallaşmasına zərbə dəyəcək.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Sosial / 12.06.2023 09:15
İranda artıq “məcburi hicab” mərhələsi bitib – POLİTOLOQ
Təhlil / 11.06.2023 10:11
Nikol Paşinyanın məlum ikiüzlülüyü – gizlədilməyən riyakar xislət – TƏHLİL
Maraqlı, Siyasi, Video müsahibə / 09.06.2023 20:36
Kişi paltarı geyinən qadın erməni zülmündən necə qurtuldu? - FOTO - VİDEO
Gündəm / 09.06.2023 16:12
Cənubi Qafqazın taleyi Türkiyə-Azərbaycan müttəfiqliyi əsasında Şuşada möhürlənib – deputat
Maraqlı / 09.06.2023 14:01
“Ermənilərin əlinə qadın kimi düşməmək üçün kişi paltarı geyindim” – ANONS
Təhlil, Video müsahibə / 08.06.2023 20:38
Qərbi azərbaycanlıların qayıdışı – separatizmin bağlanan kitabı - FOTO - VİDEO
Dünya, Siyasi / 08.06.2023 15:04
Ermənistana etimadın yaranmasında Qərbi Azərbaycan amili – ANONS
Dünya, Təhlil / 08.06.2023 10:22
Kaxovka faciəsi – beynəlxalq ekoloji faciə – TƏHLİL
Sosial, Video müsahibə / 07.06.2023 20:41
Dərələyəz mahalı – Etnodemoqrafik dəyişikliklərin qurbanı - FOTO - VİDEO
Siyasi / 07.06.2023 17:34
Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olundu - FOTO
Siyasi / 07.06.2023 14:53
Ermənilərin Dərələyəz mahalına köçürülməsinin sirri – ANONS
Mədəni / 06.06.2023 20:41
Üçkilsədən yadigar qalan xalçalar – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Təhlil / 06.06.2023 16:01
Yelisey sarayının “Dirçəliş” əməliyyatı- xaricdə yoxsullara qarşı müharibə -TƏHLİL
İqtisadi / 06.06.2023 11:34
“Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşib”- Əli Hüseynli
Müsahibə, Video müsahibə / 05.06.2023 21:08
Deportasiyalar azərbaycanlılara çox böyük zərbələr vurdu - FOTO - VİDEO
Mətbuat / 05.06.2023 10:00
Ölümü ilə yenidən doğulan Məhərrəm İbrahimov
Hərbi, Mətbuat / 04.06.2023 16:46
Baba və nəvənin oxşar həyat hekayəsi – Məhərrəm İbrahimovun şəhidlik yolu - VİDEO
Hərbi, Mətbuat / 04.06.2023 13:05
Məhərrəm şəhidliyinin ikinci ilində məzarı önündə anıldı - FOTO
Mətbuat / 04.06.2023 12:42
Onun ömrünün 40-cı qapısı həmişə bağlı qalacaq…- ANIM MƏRASİMİ - FOTO
Təhlil / 04.06.2023 09:55
Mina terroru: 3 versiya və atasız qalan 3 oğul – ŞƏRH
Mətbuat / 04.06.2023 08:00
Jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəhid olmalarından iki il ötür
Maraqlı, Sosial / 02.06.2023 20:50
“Gedib oranın daşını, divarını, torpağını öpərəm…” - FOTO - VİDEO
Gündəm / 02.06.2023 16:03
Güllücə sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi” – ANONS
Hərbi, Mətbuat / 02.06.2023 15:15
Vətənpərvər böyüyən şagirdlər şəhid jurnalisti andılar - FOTO - VİDEO
Dünya, Gündəm / 01.06.2023 20:35
Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO
Dünya, Siyasi / 01.06.2023 14:30
Üzü Kremlə olan erməni siyasətçilərinin davası – ANONS