Növbəti 3 gündə xoş yaz havası olacaq
Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.
Rakus.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində qeyri-sabit və bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunsa da, aprelin 14-də günün ikinci yarsında yağıntıların kəsiləcəyi gözlənilir:
“Növbəti üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava, əsasən, yağmursuz keçəcək, zəif külək əsəcək. Bakı və Abşeron Yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəzi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib”.