Mədəni 16.03.2024 21:53

Novruz ənənələrini yaşdan oğuz yurdu Pəmbək - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki,  buraxılış Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Pəmbək kəndinin Novruz bayramı ənənələrinə həsr olunub.

Bildirilir ki, Novruz bayramı xalqımızın tarixinin ən dərin qatları ilə bağlıdır. Bu bayram Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi, Pəmbək kəndində də xüsusi statusu olan, sakinlərin böyük həvəs və coşqu ilə gözlədiyi və qeyd etdiyi bayram olub.

Sonda Pəmbək sakinlərinin Novruzun tarixi, ənənələrinin qorunub saxlanılması ilə bağlı söhbətləri, Bahar bayramını yaşadan maraqlı oyunlar və milli musiqilər nümayiş olunur.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 16-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mədəni, Sosial / 16.03.2024 21:53
Novruz ənənələrini yaşdan oğuz yurdu Pəmbək - FOTO - VİDEO
Maraqlı, Sosial / 15.03.2024 22:49
“Ermənilər həmişə payızda, məhsul toplanışından sonra qaçaqaç salırdı” - FOTO - VİDEO
Maraqlı, Sosial / 15.03.2024 13:48
“Mütləq Ağbulağa qayıdacağam” – Təvəkgül Nəsibovun “Həyat Hekayəsi”
Gündəm, Siyasi, Təhlil / 14.03.2024 22:59
Erməni deputat: “Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək” - FOTO - VİDEO
Siyasi, Təhlil / 14.03.2024 14:26
Paşinyan cəmiyyətdə müharibə qorxusu yaradır – ANONS
Maraqlı, Siyasi, Sosial / 13.03.2024 22:06
“Hayların Göyçə gölü sahilində yerləşmə sirri” - FOTO - VİDEO
Siyasi / 13.03.2024 15:17
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub
İqtisadi, Siyasi, Sosial / 13.03.2024 13:10
Adı 4 dəfə dəyişdirilən Kəvər – ANONS - VİDEO
Maraqlı, Sosial / 12.03.2024 22:00
Erməni qızlar türklərə ərə getmək istəyir - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 12.03.2024 19:00
“Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur” – MÜSAHİBƏ - VİDEO
Siyasi / 12.03.2024 17:03
İcma: “The Washington Post”da dərc olunmuş qərəzli yazını pisləyirik”
Təhlil / 12.03.2024 16:31
İran-Ermənistan saxtakarlığı – maskası yırtılan Tehran – TƏHLİL
Mədəni, Sosial / 12.03.2024 13:58
Erməni qızlar niyə haylara ərə getmirlər? – ANONS
Müsahibə, Siyasi / 12.03.2024 13:42
“Azərbaycan Avropa ətrafında sabitlik yaradır” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 11.03.2024 22:17
“Dayımı və hamilə həyat yoldaşını ermənilər xəstəxanada öldürdülər” - VİDEO
Sosial / 09.03.2024 22:12
Oxçuoğlu türk-oğuz adətlərini yaşadan kənd - FOTO - VİDEO
Siyasi, Təhlil / 08.03.2024 22:40
İrəvanın bu məhəlləsi boşaldılır: orada azərbaycanlılar yaşayacaq - FOTO - VİDEO
Hərbi / 08.03.2024 15:10
Adi patron alveri -Tehran-İrəvan hərbi əməkdaşlığı – TƏHLİL
Mədəni / 07.03.2024 22:39
Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər - FOTO - VİDEO
Siyasi, Təhlil / 07.03.2024 12:45
İrəvanın mərkəzində azərbaycanlı icması olacaq – ANONS
Sosial / 07.03.2024 11:57
Fətva verildi – Ramazan ayı başlayır
Maraqlı, Sosial / 06.03.2024 22:15
Daşnak Yaponun azərbaycanlılara yaşatdığı dram - FOTO - VİDEO
Sosial / 06.03.2024 14:25
Daşnak hücumlarına məruz qalan Keşişkənd rayonu – ANONS - VİDEO
Hadisə, Təhlil / 05.03.2024 22:00
Erməni tarixçi Göyçədə türkləri qırmaqlarını etiraf etdi - FOTO - VİDEO
Siyasi, Sosial, Video müsahibə / 05.03.2024 18:45
Qoy Ermənistan Azərbaycan-İsrail münasibətlərinə həsəd aparsın” - VİDEO
Mədəni, Mətbuat, Siyasi / 05.03.2024 14:02
“Yəhudilər ermənilərə niyə gülür? – ANONS - VİDEO