Siyasi 30.03.2019 11:12

Nümayəndə heyəti işgüzar səfərdədi - FOTO

25-29 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərdə olub.

Rakus.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata əsasən, səfər çərçivəsində, nümayəndə heyəti ABŞ Konqresi Senatının və Nümayəndələr Palatasının üzvləri, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Konqresin rəhbər üzvlərinin peşəkar heyəti, Dövlət Departamentinin rəsmiləri ilə görüşlər keçirmiş, Amerika İsrail İctimai əlaqələr Komitəsinin (The American Israel Public Affairs Committee – AIPAC) Vaşinqtonda keçirilən Siyasi Konfransının Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirinə qatılıb, habelə ABŞ-ın nüfuzlu beyin mərkəzi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (The Center for Strategic and International Studies – CSIS) “Dəyişən Qafqazda Azərbaycan: Xarici və Daxili Siyasətdə İnkişaflar” mövzusunda müzakirələrdə spiker qismində çıxış ediblər.

26-29 mart tarixlərində Konqresdə və Dövlət Departamentində keçirilmiş görüşlər çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanmış və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyi sahəsində rolu, terrorçuluqla mübarizə və Əfqanıstanda əməliyyatlara dəstək kontekstində gördüyü işlər və ABŞ-la əməkdaşlığı yüksək qiymətləndirilib. ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə daha geniş töhfə verməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizinin yekunlaşması istiqamətində işlərin Vaşinqton tərəfindən dəstəklənməsinin önəmi görüşlərdə xüsusi qeyd olunub.

Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar və son aylarda görülmüş tədbirlər barədə Konqres üzvlərinə məlumat verilib. Konqres üzvləri ölkəmizdə aparılan sosial-iqtisadi və siyasi islahatların ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsirini vurğulayıblar.

Görüşlərdə tərəflər həmçinin regionda gedən proseslər barədə fikir mübadiləsi aparmışlar. Azərbaycan millət vəkilləri Azərbaycana olan geosiyasi təzyiqlərin qarşısının alınması baxımından ABŞ-ın siyasi dəstəyinin vacibliyini diqqətə çatdırıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cari vəziyyət müzakirələrin əsas mövzularından biri olub. Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra, Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilmiş bəyanatlar Konqres üzvlərinin diqqətinə çatdırılıb. Bununla yanaşı, münaqişənin həllində ABŞ-ın rolunun daha da artırılmasının əhəmiyyətli olduğu bildirilib.

Görüşlər zamanı, Parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib. Parlamentarilər arasında qarşılıqlı səfərlərin daha da artırılmasının vacib olduğu diqqətə çatdırılıb.

29 mart tarixində, ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin və Amerika Xarici Siyasət Şurasının Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan nümayəndə heyətinin üsvləri spiker qismində çıxış edərək, iştirakçılara Azərbaycanda və bölgəmizdə baş verən hadisələr barədə məlumat veriblər. Azərbaycanda baş verən silsilə islahatların təfərrüatları barədə fikirləri ilə bölüşüblər. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda siyasi və sosial-iqtisadi vəziyyət çıxış edən millət vəkillərinin diqqətə çatdırdığı əsas məsələlər olub. Nümayəndə heyətinin üzvləri tədbir zamanı qonaqların çoxsaylı suallarını cavablandırıblar.

Nümayəndə heyətinin Vaşinqtona səfəri 29 mart tarixində yekunlaşıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO