Koronavirus 04.04.2020 13:04

Nuran Abdullayev COVID-19-un yeni fəsadlarını açıqladı

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev mətbuatda çıxış edərək koronavirusun təkcə ağciyərləri deyil, eyni zamanda beyini də zədələdiyini bəyan edib.

Rakus.az xəbər verir ki, “Report” məsələ ilə bağlı N.Abdullayevə müraciət edib və məsələnin elmi tərəfini aydınlaşdırmaq üçün açıqlama alıb.

N.Abdulayev bildirib ki, son günlər Çində aparılan elmi tədqiqatlardan artıq məlum idi ki, COVID-19 virusuna yoluxmuş xəstələrin böyük bir qismində nevroloji simptomlar müşahidə olunur:

“Belə ki, bir tədqiqatda hər 3 xəstədən 1-də nevroloji simptomlar olduğu qeyd olunurdu ki, bunlarda da xəstəlik daha ağır keçib və ölüm faizi yüksək olub. Bundan əlavə olaraq, başqa bir tədqiqatda ölənlər arasında hər 5 nəfərdən 1-də beyinin hipoksiyadan (oksigensizlikdən) yaranan zədələnməsinə rast gəlindiyi söylənilirdi. Bu isə virusun həqiqətən birbaşa beyinə təsir etməsi fikrini ortaya çıxartsa da, bu fikrə qarşı olan elm adamları ağciyər çatışmazlığı olan xəstələrin onsuz da 30%-da belə beyin zədələnməsinin olduğunu misal gətirərək iddianı təkzib edirdilər.

Buna qarşılıq olaraq isə elmi ədəbiyyatda daha öncəki virusların (SARS və MERS) qoxu sinirləri ilə beyinə təsirinin olduğu bildirilərək məhz COVID-19 virusunun da beyinə təsirinin bu yolla ola bilməsi fikri irəli sürülüb”.

N.Abdullayevin sözlərinə görə, bütün bu müzakirələrə son qoyacaq hadisə isə daha sonra Amerikada baş verib:

“Belə ki, qızdırma, öskürək və nevroloji simptomlarla xəstəxanaya daxil olan xəstədə COVID-19 virusu təsdiq olunub, nevroloji simptomlarına görə çəkilən beynin MRT müayinəsində ağır dərəcədə beyində fəsad aşkar edilib. Bu da onu deməyə əsas verir ki, bu virusun beyində də ağır fəsadlar törədə bilməsi mümkündür və çoxlu sayda xəstələrdən ibarət son elmi tədqiqata ehtiyac var”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO