Gündəm 18.07.2019 13:38

O MEDALIN GÖRÜNMƏYƏN ÜZÜ…  – Qulu Məhərrəmli

və ya Cümhuriyyət-100 yubiley medalını niyə urvatsız edirlər?

Bizim cəmiyyətin çeşidli mükafatlara, o cümlədən orden-medala, fəxri adlara, adlı təqaüdlərə və s. bir özgə həssaslığı var. Mükafat da belə bir şeydir ki, layiq olmayan adama veriləndə həmişə  söz-söhbəti uzun çəkir, xeyli suallar, gümanlar, şübhələr çıxır ortaya. Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı təsis edilmiş yubiley medalının son bir həftədə demək olar ki, kütləvi şəkildə paylanmasına da məmləkət əhlinin reaksiyası təxminən belə oldu…

*  *  *

Əvvəla, onu ərz edək ki, bir əsr əvvəl kəşməkeşli bir zamanda o dövrlərə kimi coğrafi anlayış kimi qavranılan “Azərbaycan” adına siyasi məzmun verib onu tarix səhnəsinə çıxarmış, bu adı dünya ilə bir etmiş və indi də qürur mənbəyimiz olan Cümhuriyyət adına medalın təsis edilməsi çox yaxşıdır, amma onun bir ildən sonra bu cür urvatsız şəkildə paylanması pisdir.

Bu medalın Ramiz Abutalıbov, Firdovsiyyə Əhmədova, Ədalət Tahirzadə, Nəsiman Yaqublu kimi tədqiqatçılara verilməsi çox ədalətlidir, amma Aydın Balayev, Cəmil Həsənli, Nəsib Nəsibli kimi görkəmli tarixçilərin diqqətdən kənarda saxlanması insafsızlıqdır. Mən hələ Cümhuriyyət mövzusunu sovet dönəmindən gündəmə gətirmiş Möhsün Əliyevin, Ziya Bünyadovun, Tadueş Svyataxovskinin xatırlanmamasını demirəm…

Ötən il cəmiyyətimizdə bir coşqu yaratmış “Cümhuriyyət 100”  kampaniyasının qəhrəmanlarından biri olmuş, bu tarixə aid sənəd və fotoları bal arısı kimi toplayıb muzey səviyyəsinə qaldırmış tədqiqatçı-publisist Dilqəm Əhmədə bu medal ana südü kimi halaldır, amma adını jurnalist qoyub Cümhuriyyətin nə olduğunu bilməyən, “Rəsulzadə” sözünü işlədəndə dodağı yeddi yerdən çatlayan mürəkkəb xislətli media mənsublarına belə mükafat haramdır.

Qafqaz İslam ordusu və Nuru paşa haqqında maraqlı tədqiqatlar aparmış “Şərq”in redaktoru Akif Aşırlıya yubiley medalının verilməsi doğrudur, amma hərb tariximizin maraqlı bir səhifəsi – Yalama döyüşü haqqında bir çox həqiqətləri araşdırıb bu barədə kitablar yazıb, sənədli film çəkmiş Arif Əliyevin zəhmətinin görməzliyə vurulması açıq qərəzdir. Cümhuriyyəti “Şərqin çağdaşlıq möcüzəsi” kimi tədqiq edən professor Mehman Dəmirlinin, fədakar araşdırmaçı Nəcibə Bağırzadənin  yada salınmaması da qərəzdən başqa bir şey deyildir.

Cümhuriyyət dəyərlərini xarici ölkələrdə təbliğ edən diasporun bəzi tanınmış nümayəndələrinin medallandırılması ürəkaçandır, amma uzun illərdir ömrünü, malını və canını bu yolda fəda edən, kitablar yazdırıb, filmlər çəkən Əhməd Obalının “unudulması” qan qaraldandır.

Mən hələ parlamentdəki bəzi “maralların” sinəsinə bu medalın taxılmasının Cümhuriyyət quranların ruhunun birbaşa incidilməsi demək olduğunu yazmıram. Aydındır, parlamentə bu medallar “topdan” verilib və aşağı-yuxarı heç kimə fərq qoyulmayıb, amma hər halda yenə suallar yaranır: necə ola bilir ki, Cümhuriyyət fəlsəfəsini və ideyalarını yorulmadan yayan deputat Fazil Qəzənfəroğlu da bu mükafata layiq görülür, Cümhuriyyətə və onun qurucusu M.Ə.Rəsulzadəyə həqarət edən (və adını bura yazmağı rəva bilmədiyim) vücudlar da?  Axı iliyinə kimi Cümhuriyyət düşməni olanlar, onun ideyalarına nifrət edənlər və buna görə də Azərbaycanı ikiyə bölmüş Araz çayı kimi lənətlənən bu adamlar o medalı yaxalarında necə və hansı üzlə gəzdirə bilərlər?

Azərbaycan Cümhuriyyəti əxlaq və mənəviyyat üzərində qurulmuşdu. Qurucu babalarımız onu belə yaradıb və bu dövlət tarixdə də belə qalıb. Ona görə də həmin fenomenlə bağlı hər şey, o cümlədən mükafatlandırma işi də yalnız əxlaqa və mənəviyyata söykəndikdə ədalətli sayıla bilər…

*  *  *

Dünyanın bir çox dillərində bir işin ilk baxışda görünməyən tərəfi, mənfi cəhəti barədə «bir medalın iki üzü», «medalın görünməyən tərəfi» və s. ifadələr işlədilir.  XVI əsrdə Avropada yaranmış bu ifadə din xadimlərinin ikiüzlülüyünə, onların üzdə bir cür, daldada başqa cür olmalarına etiraz kimi meydana çıxıb.  1511-ci ildә həmin etirazın bədii ifadəsi kimi Erazm Rotterdamskinin xristian dini vә Roma papasını әlә salan «Axmaqlığın mәdhi» әsәri nәşr olunub.

Bir müddət sonra xalq etirazının simvollarla ifadəsi mərhələsi başlanıb, din əleyhinə şəkillər çəkilib, ictimai yerlərdə papanın karikaturaları görünməyə başlayıb. Bu formada etirazın zirvəsi daha çox jeton medallarda öz əksini tapıb. Həmin jeton medalların üzәrindә papanın şәkli elə hәkk olunmuşdu ki, medalları tәrsinә tutanda (yuxarı hissәsini aşağı çevirәndә) papanın şәkli deyil, şeytanın surәti görünürdü. Bundan sonra xalq arasında «medalın tərs üzü» ifadəsi populyarlaşmağa və mənfi mənada işlənməyə başlayıb.

Xoşbəxtlikdən hansı tərəfə çevirsən, bizim medalın təsviri olduqca gözəl, müasir dizaynlı və birmənalıdır. Amma hər halda bu gözəlliyin və xoş niyyətin arxasında işləri korlayan bir şeytan gizlənməmiş deyil.  Cümhuriyyət medalının belə urvatsız edilməsinin arxasında məhz həmin şeytan dayanır…

Qulu Məhərrəmli
(Ayna-plus.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO