Mətbuat 08.11.2019 13:29

OANA sədrlik Yonhap agentliyinə keçdi - FOTO

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) 2019-2022-ci illərdə sədrlik AZƏRTAC-dan Koreya Respublikasının Yonhap agentliyinə keçib.

Rakus.az xəbər verir ki, bu barədə qərar təşkilatın noyabrın 8-də Seulda başa çatan Baş Assambleyasında qəbul edilib.

Assambleyada Yonhap agentliyinin rəhbəri Ço Sanq Bo OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, AZƏRTAC OANA-ya 2016-2019-cu illərdə rəhbərlik edib. Qurumun XVI Baş Assambleyası həmin ilin noyabrında Bakıda təşkil olunub.

XVII Baş Assambleyada İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq edilib. AZƏRTAC yekdilliklə OANA-nın vitse-prezidenti seçilib, Monqolustanın Montsame agentliyi İcraiyyə Komitəsinə, Pakistanın PPİ agentliyi isə Texniki Komitəyə üzv qəbul olunub. OANA-nın İcraiyyə Komitəsinə hazırda 13 agentlik daxildir. Yonhap prezidentdir, AZƏRTAC, Rusiyanın TASS, Çinin Sinxua və Türkiyənin Anadolu agentlikləri vitse-prezidentdir, Avstraliyanın AAP, Malayziyanın Bernama, Bəhreynin BNA, İranın İRNA, Yaponiyanın Kyodo, Vyetnamın VNA, Livanın NNA, Monqolustanın Montsame agentlikləri isə üzvdür.

Növbəti XVIII Baş Assambleyanın 2022-ci ildə İranda keçirilməsi ilə bağlı İRNA-nın təklifi qəbul olunub. Assambleyada Fələstin Dövlətinin WAFA agentliyinə OANA-da müşahidəçi statusu verilib. Bundan əlavə, iştirakçılar təşkilatın Nizamnaməsinə təklif edilən dəyişiklikləri, OANA-nın atributlarını və Seul Bəyannaməsini təsdiqləyiblər.

OANA-nın baş katibi Vüqar Seyidov təşkilatın AZƏRTAC-ın sədrlik etdiyi 2016-2019-cu illəri əhatə edən fəaliyyəti barədə məlumat verib, maliyyə və texniki hesabatlarını diqqətə çatdırıb. Sədrlik dövründə AZƏRTAC təşkilatın veb-saytının təkmilləşdirilməsi, üzvlərin fəallığının artırılması istiqamətində bir sıra layihələr həyata keçirib. AZƏRTAC-ın təqdim etdiyi təkliflər paketi təşkilatın İcraiyyə Komitəsinin Livan, İran və Vyetnamda keçirilən iclaslarında geniş müzakirə olunub.

Vüqar Seyidov OANA-nın yeni seçilən baş katibi Donq Min Liyə uğurlar arzu edib.

Baş Assambleyada, həmçinin 2019-cu il üçün OANA Mükəmməllik Mükafatının qalibləri olan Vyetnamın VNA və Çinin Sinxua agentliklərinə diplomlar və pul mükafatları təqdim edilib.

Tədbirdə çıxış edən İranın İRNA agentliyinin baş direktoru Seyed Ziya Haşemi, Yaponiyanın Kyodo agentliyinin prezidenti Toru Mizutani, Çinin Sinxua agentliyinin vitse-prezidenti Siyanq Liu 2016-2019-cu illərdə OANA-ya uğurlu rəhbərliyə görə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkürlərini bildiriblər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov OANA-nın yeni prezidenti, Yonhap agentliyinin rəhbəri Ço Sanq Boya uğurlar arzulayıb, təşkilatın növbəti dövrdə inkişafının dinamik olaraq davam edəcəyinə əminliyini bildirib.

Assambleya başa çatdıqdan sonra Yonhap-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 46-cı iclası keçirilib. İclasda yeni katibliyin görəcəyi işlər, OANA-nın fəaliyyətinin inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, növbəti – 47-ci İcraiyyə Komitəsinin iclasının 2020-ci ilin yazında Montsame agentliyinin təşkilatçılığı ilə Monqolustanda keçirilməsi qərara alınıb.

Bununla da OANA-nın XVII Baş Assambleyası başa çatıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO