Mədəni 21.12.2024 22:37

“Oğlanların ciyəraxşamı mərasiminin əsas qaydaları” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Toy günü qırmızı almanın verilmə səbəbi” adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Dərələyəz elində bayram adətləri, toy keçirmə qaydalarından söz açıb.

O bildirib ki, Dərələyəz mahalında toyların, bayramların keçirilmə qaydası müxtəlif olub. Xəşilin üzərinə bəkməzdən günəş şəkli adətə görə çəkilirdi. Hamamdan çıxandan sonra heyva dilimləyib yemək, həmçinin ilaxır çərşənbə gecəsi xeyir-şər ruhları fəallaşır deyə qədr tutmaq lazımdır.

Fəlsəfə doktoru oğlan uşağını küldən çıxarmaq adətinin mənası, toylarda verilən yeməklər, alma ilə vurma adəti, toy günü qırmızı almanın verilmə səbəbi, oğlanların ciyəraxşamı mərasiminin əsas qaydaları ilə bağlı maraqlı faktlara aydınlıq gətirib.

A.Cəfərova qızların hamamlaşma mərasimi zamanı oynadıqları oyunlar və oxuduqları mahnılardan da danışıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 21-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 21.12.2024 22:37
“Oğlanların ciyəraxşamı mərasiminin əsas qaydaları” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.12.2024 22:14
“Ermənilərin ən böyük cinayəti 1905-ci ildə “Cəngi soyqırımı” olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.12.2024 13:12
“Cəngi soyqırımı”ndan Spitak zəlzələsinə – Aydın Haqverdiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 20.12.2024 11:59
Rizvan Nəbiyev: “Ermənistan bütün məsələlərə ziddiyyətli yanaşır” - FOTO
Siyasi, Təhlil / 19.12.2024 22:08
“Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.12.2024 13:56
İrəvan dayağını itirir – ANONS - VİDEO
Elm və təhsil / 18.12.2024 22:10
“Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub” - FOTO - VİDEO
Elm və təhsil / 18.12.2024 13:06
Qərbi Azərbaycanda xəzərlər- ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 22:15
Ayısəsi, Aytaq, Al, Alabkir, Alağac, Alavar – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə / 17.12.2024 18:41
“İstənilən iddia Ermənistan dövlətçiliyinin ləğvinə səbəb ola bilər” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 14:18
Erməni Prezidentin Ayısəsi qorxusu – ANONS - VİDEO
Müsahibə / 17.12.2024 13:37
Ermənistanın ləğvinə nə səbəb ola bilər? – ANONS
Mədəni, Sosial / 17.12.2024 12:10
Gələn ilin bayram GÜNLƏRİ
Müsahibə / 16.12.2024 22:46
“Ermənistan Hamamlının tarixi adını Spitakla əvəzləyib” - FOTO - VİDEO
Mədəni / 16.12.2024 14:07
Azər Hüseynov: “Messi kimi ulduzlar arxasınca milyonlarla insanı aparır” - FOTO
Mədəni / 14.12.2024 21:41
“Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 22:53
“Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 13:22
“Evimizin açarları hələ də bizdədir” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.12.2024 22:00
“51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzaladı” - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:40
Dövlət və hökumət rəsmiləri ümummilli liderin xatirəsini yad edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:00
Ulu Öndərlə bağlı arxivdən - FOTO
Siyasi, Təhlil / 12.12.2024 13:58
Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir – ANONS - VİDEO
Gündəm / 12.12.2024 10:26
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO - VİDEO
Gündəm / 12.12.2024 00:01
Ülu öndər Heydər Əliyevin anım günüdür
Elm və təhsil, Sosial / 11.12.2024 22:43
“Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 11.12.2024 13:37
“Qıpçaq ermənisi” anlayışı uydurmadır – ANONS - VİDEO