Sosial 04.01.2020 16:11

Olimpiya ilinə təsadüf edən 75 illik yubiley

O, mənim həm babam, həm ustadım, həm redaktorum, həm də jurnalistika sahəsində ən böyük uğurlarımın müəllifidir. Hərdən zəng edib deyir: “Təbrik edirəm, yazını oxudum”. Bəzən heç özümün də xəbərim olmur. Hər dəfə təkcə xəbər verməklə kifayətlənmir, həm də yazı ilə bağlı öz fikirlərini- mütəxəssis rəyini deyir. Əlbəttə, haqqı var. Çünki Əməkdar jurnalist, Fəxri bədən tərbiyəsi və idman işçisi, Həsən bəy Zərdabi mükafatı laureatı Oqtay Bayramov ömrünün yarım əsrindən çoxunu idmanımızın təbliğinə və inkişafına həsr edib. O, 1945-ci ildə Qazax şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər  İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) İspan dili şöbəsini bitirib. 1966-67-ci illərdə Kuba Respublikasında tərcüməçi işləyib. 1968-ci ildən 1995-ci ilədək “İdman” (“Sport”) qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1974-1992-ci  illərdə redaktor müavini, 1992-1995-ci illərdə baş redaktorun birinci müavini olub.1995-ci ildən isə peşə fəaliyyətini “Xalq qəzeti”ndə (keçmiş “Kommunist”) davam etdirməyə başlayıb.1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarıni, 1993-cü ildə Hollandiyada gənclərin Avropa Olimpiya Həftəsini yarış meydanından işıqlandırıb . Bu illər ərzində neçə- neçə gənc jurnalistə yol göstərib, öz bilik və bacarıqlarını onlarla bölüşüb.
  Əlbəttə, illərdir qələmlə dostluq edən, necə deyərlər, onun hər sirrinə bələd olan jurnalistin təkcə şagirdi yox, həm də nəvəsi olmaq mənim üçün ikiqat fərəhləndiricidir. Ən azından ona görə ki, hər fürsət düşəndə təcrübələrini mənimlə bölüşür, media nümayəndəsinə lazım olan zəruri keyfiyyətlərdən danışır.
   Obyektivlik, dəqiqlik, qərəzsizlik, vicdanlılıq onun təkcə peşə prinsipləri deyil, həm də həyat kredosudur. Bütün addımlarında bu keyfiyyətləri rəhbər tutan Oqtay Bayramovun bu günlərdə 75 yaşı tamam oldu. Ailəsi, əzizləri ilə yanaşı, həmkarları, iş yoldaşları da onu təbrik etdilər, ən xoş arzularını çatdırdılar. Maraqlıdır ki, “Facebook” sosial şəbəkəsində həmkarlarından ilk təbrik də ilk addımlarını atdığı “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyevdən gəldi: Təbrik edirəm Oqtay müəllimi! Uzun ömür arzulayıram. Oqtay müəllim idman mətbuatımızın ağsaqqalıdır.
    Sən bir işə bax ki, yarım əsrdən çoxdur, az qala, idmançıların qələbələri ilə nəfəs alan Oqtay Bayramovun 75 illik yubileyi növbəti Olimpiya ilinə təsadüf edir. İnanırıq ki, Oqtay müəllim təkcə bu il Tokioda keçiriləcək Olimpiya Oyunları haqqında yox, eləcə də gələcək dördilliklərdə təşkil ediləcək analoji idman yarışları barədə hazırlayacağı məqalələri, analitik yazıları ilə idman həvəskarlarını yenə sevindirəcək.
    İnşallah, 75 yaş  100 olsun. Əsas odur ki, həmişə belə gümrah qalasan, baba! Əsl idmançı xarakterini heç vaxt itirməyəsən. Axı həmişə idmançıların uğurlarını işıqlandırmış, onların qələbələri ilə sevinmisən. Bundan sonra da ən böyük qələbələr sənin olsun, qayğıkeş baba, veteran jurnalist!
Kənan Novruzov,
BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO