skip to Main Content
Sosial 04.03.2020 17:53

Ölkəmizdə çadır şəhərciklərinin ləğvi ən humanist layihələrdəndir – Əli Əhmədov

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində BMT-nin Qaçqınların Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido Ambroso ilə görüşündə ona təqdim edilmiş fotolar barədə təəssüratlarını paylaşıb.

Rakus.az xəbər verir ki, Ə.Əhmədov bildirib ki, bu gün BMT-nin Qaçqınların Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido Ambroso ötən əsrin 90-cı illərində Azərbaycanda olarkən çəkdiyi bir neçə fotoşəkli mənə təqdim etdi:

“Şəkillərdə məcburi köçkünlərin yaşadığı şərait əks olunub. Bu şəkillər məni xəyalən həmin illərə qaytardı: 100 minlərlə naəlac insan çadırlarda, ən ağır şəraitdə yaşamağa məhkum idi. O zaman ayrı-ayrı ölkələr, beynəlxalq humanitar təşkilatları Azərbaycana ərzaq göndərirdi ki, məcburi köçkünlər heç olmasa aclıqdan əziyyət çəkməsin.

İndi isə həmin məcburi köçkünlər onlar üçün salınmış 100-dən çox yeni şəhərcikdə ən müasir mənzillərdə yaşayır. Fərqi müqayisə etmək naminə həmin şəhərciklərdən ikisinin şəkilini də təqdim edirəm. Bu şəkillərə baxıb etiraf etməyə bilməzsən ki, Prezident İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi “Azərbaycanda heç bir çadır şəhərciyi qalmayacaq” proqramı ölkəmizin tarixində həyata keçirilən miqyasca ən nəhəng, mahiyyətcə ən humanist layihələrdən biri, bəlkə də birincisidir. Bundan da az əhəmiyyət kəsb etməyən ikinci cəhət isə ondan ibarətdir ki, indi köçkünlərin beynəlxalq təşkilatların humanitar yardımına ehtiyacı yoxdur. Onların bütün ehtiyaclarının qarşılanmasını dövlət öz üzərinə götürüb.

Təqdim etdiyim şəkillərə Azərbaycana ləkə vurmağı özünün peşəsinə çevirmiş radikallar və onların yalan istehsal edən təbliğatçılarının baxmasını çox istərdim. Dəyişəcəklərinə ümid etmirəm. Utanc hissi keçiricəkləri də inandırıcı deyil. Məqsədim Azərbaycanda nə qədər möhtəşəm inkişaf və dəyişikliklərin baş verdiyini təqdim olunan şəkillərlə bir daha göstərməkdir”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Back To Top
×Close search
Axtar