Gündəm 17.04.2020 10:10

İqtisadçı ekspert Qafar Əliyev TƏHLİL edir: “İqtisadi dinamika artacaq, nöqsanlar minimuma düşəcək” - FOTO

Məlum hadisələrdən bəlli olduğu kimi, bütövlükdə dünya iqtisadiyyatı ciddi zərbələrlə üzləşməkdədir, bu müddət və proses hansı dövrə qədər davam edəcəyini də heç bir rəsmi qurum və ya təşkilat söyləyə bilmir. Çünki pandemiya ilə mübarizə ayrı bir mövzüdur, postpandemiya vəziyyəti isə tamamən başqa bir mövzüya çevrilməkdədir.

Burada bir sıra amilləri qeyd etmək lazımdir, ilk növbədə bərpa ediləcək ticarət əlaqələri, pul-valyuta siyasəti, pul kütləsinin inyeksiyasi, valyutalarln volatillik meyarı, proteksionizm siyasətini qoruyub saxlayan ölkələrin iqtisadi vəziyyəti, iri şirkətlərin(major company) yenidən bazara sahiblənmək və iqtisadi güclərini artırmaq amilləri, turizmin hansı kontekstdə yenidən inkişaf etdirilməsi və s.bu kimi amillər, ən əsası isə neft bazarının yenidən sabitləşməsi. Bütün bu sadalananların hər biri və onların alt bölmələri ümumilikdə, postpandemiyanın əsas mövzülarından sayılır.

Bəlli məsələdir ki, vahid valyuta kurslarına malik ölkələr, digər bir tərəfdən də, neft sektoru hesabına büdcəsi formalaşan ölkələrin iqtisadi vəziyyəti də bu amillər sırasındadır. Lakin Azərbaycan tipli ölkələrin iqtisadi vəziyyəti olduqca böhranlı vəziyyətlə üzləşməyəcək. İlk növbədə ona görə ki, yetərincə valyuta ehtiyyatımız var və bu kifayət edir ki, iqtisadi layihələrin və sosial layihələrin reallaşdırılması, eyni zamanda büdcəyə subsiyadaların edilməsində çətinliklər yaranmasın. Digər tərəfdən, ölkəmizdə sosial yardımların məhz dövlət tərəfindən anidən həyata keçirilməsi postpandemiya vəziyyətinin sabit qarşılamağa təkan verdi.

Lakin unutmayaq ki, neft faktoru iqtisadi və biznes sferası olmaqla yanaşı, eyni zamanda da siyasi faktor rolunu oynamaqdadır. OPEC+ ölkələrinin sonuncu görüşləri bir daha bu faktorun hansı gücə malik olduğunu sübüt etdi. Heç də danılmaz faktlardır ki, son aylarda davam edən virus müharibəsi ciddi şəkildə neft sektorunda fəsadlarını törətməkdədir. Belə ki, proqnozlara əsasən, Çin nef korporasiyasının(CNOOC) aksiyaları dünya bazarında qiymətlərinin ötən dövrlə müqayisədə 20%-dən çox aşağı düşmüşdür, BP-nin aksiyaları təqribi olaraq 15%, Rusiyanın neft şirkətləri sırasında Rosneft- 22%, Qazprom-15%dək, Lukoil-17%dək aksiyalarında itkilərlə üzləşmişdilər.

Burada bir məqam da vardır ki, bu tendensiya davam edərsə böyük ehtimalla investisiyasızlaşdırma amili meydana gəlmiş olacaqdır. Bu nə deməkdir, yəni uzun bir müddət çərçivəsində qeyd olunan aksiyalara, və ya ölkə iqtisadiyyatlarına investisiyaların qoyuluşunda durğunluqlar baş verəcəkdir. Və, bu da əlbəttə ki, həmin ölkələrin iqtisadi vəziyyətində ciddi və neqativ halların yaranmasına səbəb olmuş olacaqdır. Və, onu da qeyd edək ki, proqnozlaşdırıldığı kimi də olacaqdır, yəni SARS, MERS, EBOLA və s. bu kimi virusların fəsadlarında COVİD-19 fəsadı daha ciddi olmuş olacaq.

2020-ci ilin sonunadək əlbəttə ki, ciddi pozitiv meyarların gözləntisinə ümid bəsləmək hələ ki tez olar. Misal olaraq, neft qiymətlərindəki artım bu templə çox güman ki, ilin sonunadək 40-50$ civarında olacaqdır, və o da o halda mümkündür ki, iri konqlomerat sayılan OPEC+ dövlətləri neftə olan təklif və tələb arasında balanslaşdırılmış məqamı razılaşdırmış olsunlar.

Bəlli olduğu kimi, bu ilin May-İyun ayından etibarən OPEC+ ölkələri neft hasilaında azalmaya doğru qərar qəbul etdilər. O da bəllidir ki, bu tendensiya 30 Aprel 2022-ci ilədək davam edəcəkdir. İlkin olaraq Səudiyyə Ərəbistanı və Rusiya gündəlik hasilatı 8-8.9 mln barrelə endirəcəklər, bunlarla da yanaşı digər neft ixrac edən ölkələr təşkilatının üzvləri. Hətta Meksikaya gündəlik hasilatın 0.4 mln barrelə endirilməsi tövsiyyə olunmuşdur ki, bu da palemikaya səbəb olmaqda davam edir. Belə görünür ki, ABŞ-ın neft ehtiyyatlarının azalması digər tərəfdən də ABŞ kimi ölkələrin yanacaq enerjisi ehtiyyatlarının artırılmasına səbəb olacaqdır neft qiymətləri.

Çünki tələb azaldıqca qiymət mexaniki olaraq aşağı düşəcəkdir, və bu ona stimul yaradacaqdır ki, yanacaq ehiyyatları dükənməkdə olan dövlətlər daha çevik addımlar atmaqla bu fürsədən yararlansınlar. Yəni daha ucuz əldə etməklə gələcək ehtiyyatlarını zəmanətləmiş olsunlar.

Məlumdur ki, Səudiyyə Ərəbistanı kimi nəhən neft ixracatçısı bəyan edibdir ki, növbəti addımlarında neftin daha güzəştli satışına şərait yaratmış olacaqdır, hətta 6-7$ indiki qiymətlərdən də aşağı satmağa israrlıdır. Nəticədə Rusiya kimi nəhəng ölkə satışın bu qiyməti ilə razılaşmayaraq neft quyularının istismarını qismən də olsa dayandırmış olacaqdır. Bu isə minlərlə quyuların konservasiyası (yenidən bərpası və istismara hazırlanması) deməkdir. Əgər quyuda işlər dayandırılırsa bu addım konservasiyanın həyata keçirilməsinə səbəb olacaqdır. Ərəbistan üçün isə bu addım bir o qədər də, ciddi xərclərlə üzləşməyəcəkdir. Əksinə, Rusiya bu məcbur addımı ilə milyardlarla vəsaitin itirilməsinə məruz qalmış olacaq.

İstənilən bir halda hasilatın aşağı salınması heç bir neft ixrac edən ölkəyə iqtisadi qazanc əldə etməsinə nail olmayacaqdır. Lakin, burada kəmiyyət kontekstindən yanaşılma olsa görərik ki, bu kimi neqativ hallar daha böyük miqdarda neft hasil edən ölkələrə şamil ediləcək. Azərbaycan istənilən halda ciddi zərərlə üzləşməyəcək və buna səbəb odur ki, Azərbaycanda hasilat digər ölkələrlə müqayisədə ciddi şəkildə azaldılmayacaq.

Misal olaraq demək olar ki, Rusiya, İran, Liviya kimi ölkələrdə bu rəqəm nisbət olaraq 22%-dən yuxarı olacaq. Azərbaycan isə bu rəqəm 2-4%lə kifayətlənə bilər, və bu da qorxunc hal sayılmır. Çünki Azərbaycan vəsait artıqlığı yarandığı təqdirdə yalnız daxili investisiyaların həcminin artırılmasına yönəlmiş iqtisadi siyasəti həyata keçirir, yəni sahibkarlığın inkişafı, kənd təsərrüfatı layihələrin icrası və s. Eyni zamanda, fonda yığım siyasətini genişləndirməklə indiki hala bənzər halların vaxtında qarşısının alınmasında müsbət nəticələr əldə edir.

Böyük ehtimalla, nef bumu 2022-ci ilin ortalarına qədər olmayacaq. Bu, o demək deyil ki, qiymət artımı baş vermədiyi təqdirdə nəticələr müsbət olmur. Əksinə, bir daha bizim ölkəmiz üçün immun xarakterli məqam olacaq ki, qeyri-neft sektorunun inkişafına iqtisadiyyatımızı sövq edək. Bunun üçün də düşünürəm daha da ciddi proqramlar qəbul olunacaq və ən əsası da kiçik sahibkarlığın inkişafı, bank sektorundakı islahatlara ciddi ehtiyacımız var.

İqtisadçı ekspert Qafar Əliyev

 

 

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO