Maraqlı 06.06.2019 11:11

Ölümə aparan xəstəlikdən necə qurtulmalı – MƏSLƏHƏT

Tibb elmində ağciyər toxumalarının iltihabı kimi tanınan pnevmoniya dünyada ən çox rast gəlinən xəstəliklər sırasındadır.

Rakus.az xəbər verir ki, ilk dəfə Yaponiyada aşkarlanan və 24 yaşlı bir gəncin ölümünə səbəb olan bu xəstəlik bir müddət sonra bütün dünyaya yayılıb.

Pnevmoniyanın bir çox növləri var. Onlar arasında daha çox yayılanı və ən təhlükəlisi ocaqlı pnevmoniyalardır. Pnevmoniya zamanı ağciyərin tənəffüs yolları selikli-irinli maye ilə dolur. Bakteriyaların ağciyərdə yayılması və  yaşaması selikli-irinin əmələ gəlməsinə səbəb olur. Pnevmoniya zamanı ağciyərin qan damarları zədələnir. Bakterial iltihab get-gedə bütün orqanizmə yayılır və bu da damarlara, ürəyə, mərkəzi sinir sisteminə mənfi təsir edir. Belə halda hətta sağlam adamda da qan laxtalanması baş verir.

Xəstəlik müalicə olunmadıqda xəstə üçün daha təhlükəli hal əmələ gəlir. Bakteriya zəhərləri və ağciyər toxumalarının parçalanması zamanı yayılan maddələr orqanizmi zəhərləyir. Arterial təzyiq düşür, ürək yığılmaları tezləşir.

Pnevmoniya olan insanlarla az təmasda olmaq lazımdır. Çünki asqırma, öskürək, nəfəsalma zamanı mikroblar ətrafa yayılır. Pnevmoniyaya səbəb olan mikroblar bir insandan başqa birinə asanlıqla ötürülür.
Hər insanda orqanizmin bu xəstəliyə müqaviməti fərqlidir. Eyni virus başqa orqanizmdə ölümə belə səbəb ola bilər.

Səbəbləri:


1. Oksigen çatışmazlığı
2. Qapalı yerdə çox oturma
3. Oturaq iş şəraiti
4. Bakteriyalar
5. Viruslar
6. Ağır qrip
7. Soyuqdəymə
8. Zəhərlənmə
9. Şüalar
10. Kimyəvi maddələr

Pnevmoniya həm də allergiya nəticəsində yarana bilir.

Əlamətləri:
· Titrəmə
· Bəlğəm
· Sinə ağrısı
· Quru və xırıltılı öskürək
· Şiddətli başağrısı
· Hərarətin yüksəlməsi
· Yaddaş zəifliyi
· Yorğunluq, halsızlıq
· Sümüklərin ağrıması
· İştahasızlıq
· Dodaqda uçuq
· Susuzluq
· Baş gicəllənməsi
· Dilin quru və ağ olması

Xəstəliyə yoluxmamaq üçün…
Vaxtlı-vaxtında qidalanmaq, spirtli içkilərdən, siqaretdən uzaq olmaq və vitamin qəbulu xəstəliyin qarşısını almağın ilkin yollarıdır. Əgər oturaq və qapalı işdə çalışırsansa, hər bir saatdanbir ən az 15 dəqiqə təmiz hava almalısan.
Pnevmoniyaya qarşı peyvənd mütləqdir. Peyvənd daha çox xroniki ağciyər və şəkər xəstəliyi olanlara, böyrək çatışmazlığından əziyyət çəkənlərə, dalaq əməliyyatı olunanlara, alkoqol aludəçilərinə, AİDS xəstələrinə və 65 yaşdan yuxarı olan insanlara vurulmalıdır.

Müayinə:
Pnevmoniya müayinəsi pulmonoloqlar tərəfindən aparılır. Rentgen vasitəsilə xəstəyə diaqnoz qoyulur.

Müalicə:
Xəstənin olduğu otağın havası hər gün dəyişilməlidir. Xəstənin bədəni tez-tez spirtlə və ya içərisinə azca su qatılmış araqla silinməlidir. Xəstənin qidalanmasına diqqət yetirmək mütləqdir. Çoxlu maye qəbul etməli, sellülozlu ( kələm, çuğundur, xiyar) tərəvəzlər yeməlidir. Sağalma ərəfəsində vitaminlərə tələbat artır və bu zaman təbii tərəvəz və meyvələrlə yanaşı, polivitamin preparatlarından da istifadə edilməlidir. Pnevmoniyanın dərmanla müalicəsinin əsasını antibakterial vasitələr, bəlğəmgətirici preparatlar, bitki çayları təşkil edir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO