Gündəm 16.04.2026 11:30

44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO

Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun 44-cü doğum günüdür.

Rakus.az xəbər verir ki, bununla əlaqədar onun məzarı ziyarət olunub, qəbri üstünə gül-çiçək dəstələri qoyulub.

Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dualar oxunub.

Mərasimində şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyətinin və M.Ə.Rəsulzadə bələdiyyəsinin rəhbər şəxsləri iştirak ediblər.

Xatırladaq ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Göyçə mahalının Çəmbərək rayonu Ardanış kəndində anadan olub.
2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb.

2021-ci il iyunun 4-də işğaldan azad olunan Kəlbəcər rayonunun, Susuzluq kəndi yaxınlığında çəkiliş qrupunu daşıyan avtomobilin minaya düşməsi zamanı həlak olub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 14 iyunun 2021-ci il tarixində imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində keçmiş Sahilboyu küçəsi Şəhid jurnalist Məhərrəm İbrahimovun adını daşıyır.

 

XƏBƏR LENTİ
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO
Gündəm / 31.03.2026 00:02
Azərbaycanlıların soyqırımı günüdür - FOTO - VİDEO
Mədəni / 30.03.2026 14:26
Xalq artisti Rasim Balayev dəfn edilib – YENİLƏNİB - FOTO
Mədəni / 28.03.2026 23:19
Qərbi Azərbaycanda cıdır tamaşaları - VİDEO
Siyasi, Sosial / 27.03.2026 23:15
“Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.03.2026 14:22
“Nəvələrim də baba yurduna qayıtmaq istəyir” – Şaban Həsənovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 23:52
Bozburun, Bozqala, Bozdoğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 14:22
Bozburun dağının Yerax olma sirri – ANONS - FOTO - VİDEO
Mədəni, Sosial / 21.03.2026 23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri - VİDEO
Gündəm, Mədəni / 20.03.2026 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur