Siyasi 28.03.2025 22:22

“On aylıq olarkən 4 dəfə köçkünlük yaşamışam” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Anam məni don vurmasın deyə tonqalda isidirmiş” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kənd sakini Aynur Rüstəmovanın həyat hekayəsinə həsr olunub.

O, 1988-ci il fevralın 14-də doğulduğunu, körpə olarkən anasının qucağında dekabrın soyuq günündə ermənilər tərəfindən kəndi tərk etmək məcburiyyətində qaldıqlarını deyib.

Onun sözlərinə görə, Böyük Məzrə kəndi düzənlik ərazidə yerləşib: “Əhalisi əsasən azərbaycanlılardan ibarət olub. 1918-ci ildə Türkiyədən gələn ermənilər Böyük Məzrə kəndində azərbaycanlıların evlərində məcburi şəkildə yerləşdiriliblər. Bir müddət sonra onlara planlı şəkildə evlər tikilib və elə Plankənd olaraq da adlandırılıb. Azərbaycanlılarla ermənilər mülayim şəkildə yaşayıb. 1988-ci ilin əvvəllərindən başlayaraq artıq ermənilərin azərbaycanlılara qarşı münasibəti dəyişib. Kəndimizdə bir neçə nəfər erməni zorakılığına məruz qalıb. Vəziyyət o yerə çatıb ki, ermənilər həyətimizə soxulub traktoru aparıblar. Beləliklə, vəziyyət daha da gərginləşib və 1988-ci ilin dekabrın 5-də, səhər saatlarında qadınlar və uşaqlar “Tır”larla Böyük Məzrəni tərk etmək məcburiyyətində qalıblar. Bir gün sonra  kişilər də məcburi şəkildə çıxarılıblar. Camaat qışın sərt soyuğunda Gəncəyə, Göygölün Üçbulaq, Hacıkənd sonra da Çaykənd kəndlərində məskunlaşdıq. Qarlı, boranlı, şaxtalı havada həyat sürmüşük. Hamı məcbur şəkildə tonqal ətrafına toplanıb. Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın”.

Uşaqlığının muharibə, döyüş, güllə, top səsləri altında keçdiyini deyən A.Rüstəmova doğma yurda qayıdış ümidini itirmədiklərini bildirib: “Bu ağrılı-acılı günləri uşaq vaxtı yaşadığım üçün o qədər fərqində olmamışam. Amma böyüdükcə, artıq dərk etməyə başladıqca, atamın-anamın bu deportasiya zamanı yaşadıqlarını dinlədikcə, onların gözlərində o həsrəti, o ağrı-acını gördükcə, istər-istəməz ürəyim yaralanır. Böyük Məzrə kəndinin icma sədri kimi, camaatın geri qayıtmaq həvəsini gördükcə hamımızda həvəs daha da çoxalır. İnanıram ki, Prezidentin dəstəyi ilə biz öz yurdumuza sülh yolu ilə qayıdacağıq. Kəndimizin bulaqlarından su içmək, Məzrə çayının şırıltısını dinləmək, yaşamadığım uşaqlığımı yenidən yaşamaq istəyirəm”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 14-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Video müsahibə / 01.04.2025 15:10
“Almaniya Prezidentinin sosial media profilindəki paylaşım təxribat idi” - FOTO - VİDEO
Sosial / 01.04.2025 14:21
Adı 6 cür qeyd olunan məkan – ANONS
Maraqlı, Siyasi / 01.04.2025 13:24
“Səttarxanı daşnaklar qətlə yetirib” – ANONS
Müsahibə / 31.03.2025 22:12
“Təkcə İrəvan ətrafında 119 Azərbaycan kəndi yer üzündən silinib” - VİDEO
Siyasi / 31.03.2025 11:56
QAİ Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Gündəm / 31.03.2025 00:01
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür
Mədəni / 30.03.2025 10:58
Ardanış Kənd İcması Ramazan bayramı tədbiri keçirib - FOTO
Mədəni / 29.03.2025 22:44
“Novruzun əsl adı Yaz və ya Böyük bayramdır” - VİDEO
Siyasi, Sosial / 28.03.2025 22:22
“On aylıq olarkən 4 dəfə köçkünlük yaşamışam” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.03.2025 13:45
Ana qucağında 4 dəfə qaçqınlıq yaşayan Aynur Rüstəmovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi, Video müsahibə / 28.03.2025 12:32
“HƏDƏF”in mövzusu: Prezidentin Ağdam və Şuşa səfəri - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.03.2025 22:05
“Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq” - VİDEO
Təhlil / 27.03.2025 13:58
“Ermənistan parçalanacaq? – ANONS - VİDEO
Mədəni / 27.03.2025 11:02
“Göyçə adlı bir el vardı…” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 26.03.2025 22:55
“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO
Elm və təhsil / 26.03.2025 13:49
“Ərəblər Arameylər olan ərazini niyə Ərməniyyə adlandırıb?” – ANONS - VİDEO
Siyasi, Sosial / 25.03.2025 21:34
Arıqlı çay, Arıxvəli, Armaş, Arpa, Arpa dərəsi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL
Gündəm / 20.03.2025 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Elm və təhsil, Siyasi / 19.03.2025 22:32
“Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir” - FOTO - VİDEO
Elm və təhsil / 19.03.2025 14:29
“Armini ifadəsi Ərməniyyə kimi düşüb” – ANONS - VİDEO
Siyasi, Sosial / 18.03.2025 22:24
Ardanış, Arqel, Arıqlı – türk tarixinin izi - FOTO - VİDEO