Sosial 19.03.2019 10:17

YENİLƏNDİ: On iki ilin həsrəti üçəm oldu - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə bir qrup əməkdaş bu gün üçəm körpəni K.Fərəcova adına Elmi-tədqiqat Pedriatriya İnstitutundan təntənə ilə çıxarıblar.

Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.

Kiçik çavuş Ömər Ələkbərov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

18.03.2019  18:57

Bu ilin Novruzu Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun ailəsinə  də xoş müjdələrlə qədəm qoyur. On iki ilin həsrətindən sonra onun iki oğlan və bir qız olmaqla,

körpəsi dünyaya gəlib. Uşaqlara erməni vəhşiliyinin qurbanı olan məsum körpə Zəhranın və milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar.
Rakus.az xəbər verir ki, Ömər Ələkbərov Gəncə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön sərgərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq orduyla bağlayıb. Beş ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Nümunəvi davranışı, nizam-intizamı və döyüş qabiliyyəti, peşəkarlığı ilə silahdaşlarının və komandirlərinin rəğbətini qazanıb. Cəbhə bölgəsində xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Hazırda motoatıcı taqım komandirinin müavinidir. Üçəm körpələrinin dünyaya gəlməsi 13 yaşında itirdiyi ata-anasının yoxluğunu qismən də olsa ona unutdurub.
Müdafiə Nazirliyinin rəhbərliyi və Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərini qarşılamağı öz üzərlərinə götürüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə bir qrup əməkdaş bu gün üçəm körpəni K.Fərəcova adına Elmi-tədqiqat Pedriatriya İnstitutundan təntənə ilə çıxarıblar.


Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin, eləcə də, bütün hərbi qulluqçuların adından ailəyə gözaydınlığı verib, tibb işçilərinə minnətdarlığını bildirib. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs ansamblının milli geyimli üzvləri şirinlik paylayıb, üzərlik yandırıblar. Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.

Baş həkim, tibb üzrə fəlsəfə doktoru, dosent Səadət Ələsgərova və tibb elmləri doktoru, həkim Ədilə Hacıyeva Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək dəyərləndirib, körpələrin valideynlərini bir daha təbrik edib və Azərbaycan əsgərlərinə səmimi salamlarını çatdıraraq Qarabağa zəfər yürüşündə qəhrəman döyüşçülərimizin sıralarında olacaqlarını vurğulayıblar.
Kiçik çavuş Ömər Ələkbərov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Mən Azərbaycan Ordusunun əsgəri olmağımla fəxr edirəm. Arxamızda böyük bir xalqın və cənab İlham Əliyev kimi müdrik Prezidentin, qətiyyətli sərkərdənin durmasından qürur duyuram. Ölkəmizin iqtisadi potensialının dinamik inkişafı nəticəsində Ordumuzun maddi-texniki bazası daha da möhkəmləndikcə, biz hərbi qulluçuların sosial müdafiəmiz, xidmət və mənzil-məişət şəraitimiz, ailələrimizə göstərilən qayğı da bir o qədər yüksəlir. Mənə və ailəmə bu gün göstərilən qayğı ümumiyyətlə, hər bir hərbi qulluqçuya göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Bircə o qalır ki, biz də göstərilən etimadı nümunəvi xidmətlərimizlə doğruldaq. Mən Ali Baş Komandanımızı və Müdafiə Nazirliyinin rəhbərliyini əmin edirəm ki, bundan sonra da Vətən qarşısında əsgəri borcumu şərəflə yerinə yetirəcək və əməli fəaliyyətimlə ümidləri doğruldacağam”.
Üçəm körpə və valideynləri musiqi sədaları altında Gəncəyə – yeni ünvana yola salınıblar.

 

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO