Sosial 23.06.2019 11:36

On minlərlə qadın pirlərdə gün keçirir – Fazil Mustafa

 

“Mollabacılar, falçılar, cəhalət yığını olan insanların böyük əksəriyyəti də qadınlardır”.

Rakus.az xəbər verir ki, bu sözləri millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilən “Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?” mövzusunda ictimai müzakirə zamanı deyib.

Millət vəkili qeyd edib ki, biz baxmalıyıq, nə qədər qadın radikal dini cərəyanlara qoşulur, nə qədəri cəhaləti, xurafati ehtiva edən dini cərəyanlara qoşulur. O, Azərbaycanda hicab dəbinin olduğunu, bunun da öz-özlüyündə dini təhrif etdiyini vurğulayıb.

“On minlərlə qadın, Gürcüstandan tutmuş, Gəncədən tutmuş imamzadələrdə, pirlərdə gününü keçirir, başını qatır. Əsl təhlükə budur. Radikal cərəyanlara qoşulanları saxlamaq, həbs eləmək, bir şəkildə islah etmək mümkündür, çünki sayları azdır. Amma bu cür cahil kütlələrin qarşısını almaq çox çətindir. Bunun üçün ilk növbədə sağlam dini təhsilin verilməsi vacibdir” – deyən deputatın fikrincə, qadınlara dini doğru öyrətmək lazımdır ki, gedib başqa təsirlərə düşməsinlər.

“Azərbaycanda təhsil almayan qadın qalmamalıdır. Bizim 200 illik məğlubiyyətimizin səbəbi odur ki, Azərbaycan qadınının 50%-i savadsızdır. Bunda qadınlarımızın günahı yoxdur. Çünki onların iqtisadi azadlığı, ailə içində hüquqları yoxdur və öz hüquqlarını qorumaq üçün cəmiyyətin yalançı tabularına tabe olmaq məcburiyyətində qalırlar” – deyən Mustafa əlavə edib ki, 20-ci əsrin əvvəllərində bir qız məktəbinin açılması ilə qadın intibahı baş verib. İndi isə qızlarımız mənasız universitetlərə gedib-gəlir, amma özünü peşəkar mütəxəssis kimi hazırlaya bilmir.

Deputatın fikrincə, peşə məktəbləri strukturu formal xarakter daşıdığı üçün, qızları ora da yönləndirmək olmur. Ona görə də bütün diqqət qadınların iqtisadi müstəqilliyinə yönəldilməlidir. Ailələrin dağılmasının da, qadının mütiliyinin də, cəmiyyət həyatına qatıla bilməməyinin də kökündə o durur.

“Bir dəfə gördüm ki, cənub bölgəsində yas məclisində qadınlar sıraya durub, mollabacı salavat çevirir və salavatın biri 1 manatdır.” – deyən Fazil Mustafa dini təhsilin savadlı bir şəkildə hazırlanmasının vacibliyini dilə gətirib.

O, həmçinin qeyd edib ki, islamda qadın döymək yoxdur, amma bütün müsəlman dünyasında qadın döymək adi bir məsələdir.

“İslam qadına vərəsəlik hüququ verib, halbuki dünyada bundan beş yüz il sonra da qadına vərəsəlik hüququ verilməmişdi. Amma bu boyda dini gətirib “qadını necə bağlayaq” səviyyəsinə çıxarıblar. Qadın özünü hər hansı təhlükədən qorumaq üçün qapalı geyinə bilər. Bağlı geyim bunun üçün nəzərdə tutulub. Amma əgər qadına hansısa formada təhlükə yoxdursa, onun qapalı geyinməsi də məcburi deyil. Bağlı geyimlər qadını kölə və təcrid etmək məqsədilə düşünülməyib” – deyən deputat hesab edir ki, qadınları “ələmin dalında durmaq”dan, “qaloş piri”nə getməkdən çəkindirməyin yollarını axtarmalıyıq. (Modern.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO