“On yaşından sonra məktəbə getmədim…”
Xalq artisti Röya Ayxan “Tap-a-tap” layihəsində qonaq olub.
Rakus.az xəbər verir ki, müğənni məktəb illəri ilə bağlı sualları cavablandırıb.
O bildirib ki, 10 yaşından sonra məktəbə getməyib: “1998-ci ildə məktəbi bitirmişəm. Oxuyan uşaq olmamışam. Mahnı oxuyub qiymət alırdım. “W-trio”da oxuyurdum, çox məşhur idim. Getmisdim attestatımı almağa. On yaşımdan sonra məktəbə getmirdim. Qardaşlarım oldu, iki bacı onlara baxırdıq. Məktəbdə benzin iyini sevirdim. Hər zaman istəyirdim ki, axıra qalım və oraları benzinlə silim.
Xəyyamla davalarım yadımda qalıb. Bir-iki oğlan sevirdim, onların üstündə Xəyyamla qırğın edirdim. Hər zaman böyük siniflərin uşaqları ilə dostluq etməyi xoşlayırdım”.
Röya daha sonra karantin günlərindən bəhs edib. İfaçı bütün günü tarixi filmlərə baxdığını deyib.