ONUN RUHUNUN GÖZƏLLİYİNİ GÖYƏRÇİNLƏR DƏ SEVİR - FOTO
İnsanın cəmiyyətdə dəyəri şəxsiyyəti və peşəkarlığı ilə ölçülür. Çünki şəxsiyyət səmimi, təvazökar, insanpərvər, alicənab olur. Peşəkarlıq isə onun cəmiyyətə verdiyi faydadır. Bu yüksək keyfiyyətləri özündə cəmləşdirən gözəl bir insan bu gün 41 yaşını qeyd edir. Dünyaya gəldiyi günü həm də hesabat anı hesab etdiyimizdən onun haqqında dost fikrimi bildirmək istəyirəm.
ANASININ VƏ EL-OBANIN UĞUR BÖCƏYİ
Rasim Hacı oğlu Həsənov. Lap körpəlikdən anasının deyimi ilə desək, UĞUR BÖCƏYİ adı ilə çağrılan, uşaqlıqdan utancaq, öz içində gələcəyinin cizgisini müəyyənləşdirən, orta məktəb illərində yavaş-yavaş dəcəlləşən, ali məktəb dövründə təşkilatçılıq keyfiyyətlərini biruzə verən, iş fəaliyyətinə başladığı dövrdə kollektivdə nüfuz qazanan və bu gün uşaqlıq, yeniyetməlik, gənclik, və orta yaş dövründə qazandığı SEVGİ KÖYNƏYİNƏ bürünən, daim nümunə çəkiləcək bir Allah bəndəsi. Hələ gənclik dövründə rəhmətlik atası HACI kişinin İslam dininə verdiyi dəyəri mənimsəyən, evdə qılınan namazın, oxunan duaların təsiri təbii ki, Rasim əfəndidən yan keçə bilməzdi. Məhz, o, bəlli yaş dövründə dini biliklərini artıraraq ATA yoluna sadiq qalıb müqəddəs Məkkə-Mədinə yoluna düşdü, arzusunu gerçəkləşdirərk ziyarətini başa vurub HƏCC tituluna nail oldu.
Onu da demək yerinə düşər ki, bu gün aramızda davranışı, yüksək mədəniyyəti, dostcanlığı ilə seçilməsi, dürüstlüyü ilə təqdirolunan, yalançılığa qarşı sərt mübarizə aparması məhz ailədən gələn dəyərdir. Həzrət Əli deyib: “Heç bir əməl yalan qədər çirkin deyil”.
BÖYÜK ÜRƏK, YAXŞI ƏMƏL SAHİBİ
Onun nə qədər böyük ürək sahibi olmasından, xeyriyyəçilik keyfiyyətindən söz açmamaq mümükün deyil. El-obanın, sinif yoldaşlarının, qohum-qardaş-qonşuların, ümumiyyətlə, özünün real həyatda gördüyü imkansız insanların, eləcə də onun BÖYÜK ÜRƏK sahibi olmasını eşidərək müraciət edənlərin hamısına daim əl uzatmaq onun həyat fəaliyyətinin əsas prinsipidir. Çünki, o, rus yazıçısı Fyodor Dostoyevskini oxuyub. Dostayevski deyirdi: “Pul səadət gətirməz, amma xoşbəxtliyin qurulması üçün gərəklidir”, “Necə yaşayırsan yaşa, yenə də peşman öləcəksən. Ya elədiklərinə, ya da eləmədiklərinə görə”. Ona görə də bu adam var-dövlətin həyatda amal olmadığını, “əl çirki” dediyimiz pulun insanların xoşbəxtliyi üçün xərclənməsinin mənəviyyat dünyasının zənginləşməsinə necə yaxşı təsir göstərdiyini bilərək, nəcib addımlarına gələcəkdə də davam edərək və buna nail olduqca, insanların gözlərində nur-işıq gördükcə həzz və zövq alır.
Təbii ki, belə bir xeyirxah-zəhmətkeş azərbaycanlının gələcəyə baxışı həmişə pozitiv olur. İkinci Dünya müharibəsində Böyük Britaniyanın Baş naziri olmuş Uinstan Çörçilin sözləri ilə desək, “Pozitiv olanlar imkanlar, neqativ insanlar əngəllər axtarır”. Bəli, kökü, əsli qədim Göyçə mahalının Ardanış kəndindən olan bu şəxsin pozitivliyi həqiqətən də onun dost-tanışlarına, bütün yoldaşlarına öz müsbət təsirini, pozitivliyini göstərir.
Məhz bunun nəticəsidir ki, Rasim müəllim yüksək insanı dəyərləri ilə onu tanıyanlar arasında böyük hörmət qazanıb. Səmimi dost, mehriban sirdaş, böyüyə və kiçiyə qayğı ilə yanaşan övlad, imkansıza dayaq olan insan kimi onu tanıyanların qəlbində nüfuz sahibidir. Peşəkarlığı isə onun bu yüksək insanı keyfiyyətlərinin həyata keçirilməsinə imkan yaradır. Günki işgüzarlığı, bacarığı, qabiliyyəti və dünyagüşü sayəsində işini yetərli səviyyədə qurmağı bacaran Rasim əfəndinin daim irəliləmək, işini genişləndirmək və cəmiyyətimizə verəcəyi faydasını artırmaq barədə düşünür.
FUTBOL FANATI VƏ AŞİQİ
Uşaqlıqdan idmana böyük maraq göstərən və “Bulduzer” ləqəbi ilə ətrafına geniş kütlə toplayan Rasim Həsənovun ömrünün bu çağında yaxşı futbol fanatı olmaqla yanaşı, həm də yaxşı futbol oynamaq bacarığına sahibdir. Hələ yeniyetmə çağlarında doğulub boya-başa çatdığı Gədəbəy rayonun İvanovka kəndində komanda yığaraq yarışlara qatılması onun bu idman növünə marağının təməlində dayanır. Bu gün Ardanış Futbol Məktəbinin ən dəyərli, nümunəvi oyunçusu səviyyəsini özündə ehtiva edən 41 yaşlı FUTBOL AŞİQİNİN həm qapıçılıq, həm də hücumçu kimi bacarığı hər kəsi heyran edir. Komandanın yarışlara qatılması, maliyyələşdirilməsi, qazandığı bütün uğurlarda demək olar, Rasim əfəndinin böyük əməyi, zəhməti var.
İŞGÜZARLIQ QABİLİYYƏTİ VƏ LİDERLİK KEYFİYYƏTİ
Məşhur çin filosofu Lao-tszı-nın belə bir fikri var: “İnsanın biliyi çox olanda onu idarəetmək çətin olur”. Bu kəlamdan yola çıxaraq deyə bilərəm ki, Rasim qardaşımız idarə olunan yox, idarə edəndir. Onun işğüzarlıq-biznes qabiliyyətindən, liderlik keyfiyyətindən də xüsusi danışsaq yanılmarıq. Məhz onun bu bacarıq sayəsində yüzlərlə insanın ailəsinə sevinc bəxş etməsi, övladların, uşaqların ac qalmaması üçün səyləri ən öməmli məsələlərdəndir və diqqətdən qaçmamalıdır. Bəllidir ki, müxtəlif tədbirlərin, mərasimlərin təşkili, insanlara yol göstərmək keyfiyyətinə sahib olub onu üzə çıxarıb yaşatmaq, yaradılan və özünün yartdığı biznes strukturlarının yüksək səviyyədə, müasir tələblərə uyğun idarə etmək asan məsələ deyil. Bütün bu bacarıqları özündə cəmləşdirən bu ADƏM ÖVLADININ dünyaya gəlişi təbii ki, hamı üçün yaddaqalan və sevindiricidir. Bu sevincə qoşularaq Rasim Həsənovu doğum günü münasibətilə təbrik edir, gözəl ailə başçısı, ailəcan, üç övlad sahibi olan dəyərli sirdaşa, vətəndaşa, dosta hörmət, izzət və məhəbbətlə nailiyyət dolu günlər, cansağlığı diləyirəm.
DOST ARZUSU: “İnsanlar zəif olduqları üçün ağlamazlar, uzun müddət güclü olmaq məcburiyyətində qaldıqları və sonda yorulduqları üçün ağlayarlar” müdrik kəlamını xatırladaraq deyirəm: “Heç vaxt zəif olmayasan, heç vaxt ağlamayasan, daim güclü olasan və yorulmayasan. Qoy bu gözəl dünyamızda ən yaxşı məqamlar SƏNİN olsun. Buna tam layiqsən. Çünki sənin ruhunun gözəlliyini göyərçinlər də sevir!!!
ƏSGƏR ƏLİOĞLU