Hərbi 02.12.2019 12:40

Onun adı Qəhrəman olsa da, bizim deyil, düşmənlərimizin qəhrəmanı oldu – Ehtiyatda olan polkovnik

“Mən bu məsələdən xəbərdar olanda şoka düşdüm. Bizim Azərbaycanın Ordusunda polkovnik rütbəsinə qədər yüksəlmiş belə insanların olması məni təəccübləndirdi. İlk olaraq, onu deyim ki, belə hallara yol vermək olmaz. Xüsusən də polkovnik rütbəsinə qədər yüksəlmiş şəxslərin belə hallara yol verməsi onların daxili aləmindən xəbər verir”.

Rakus.az xəbər verir ki, bunu Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov ehtiyatda olan polkovniklər – Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmovun ittihamlarına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, son açıqlamaları Q.Mənsimzadə və R.Məhərrəmovun vətəndaşlıq mövqeyinin lazımi səviyyədə olmadığını göstərir: “Birincisi, mənzil verilməsi üçün Komissiya yaradılır. Bu proses Komissiyada həyata keçirilir. Mənzillərin verilməsini Komissiya özü müəyyənləşdirir və bunun Müdafiə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Bu işlə Müdafiə naziri ilə Baş Qərargah rəisi məşğul olmur. Komissiya heç siyahıda olanları da tanımır. Ona görə düşünürəm ki, burada hədəfin Müdafiə naziri və Baş Qərargah rəisinin olmasında maraqlı qüvvələr var. Teleseriallara dönmüş 4 hissədən ibarət müraciətlər və ardının olması ilə bağlı anonslar verilməsi buna sübutdur”.

Şair RamaldanovEhtiyatda olan polkovniki Şair Ramaldanov: 

“Azərbaycan Ordusunu gözdən salmaq mümkün deyil”.

 

Ş.Ramaldanov hesab edir ki, Q.Mənsimzadə və R.Məhərrəmov sifariş əsasında mətbuata çıxıb açıqlamalar verirlər: “Düşünürəm ki, burada maraqlı qüvvələr var. Mən demək istəyirəm ki, polkovnik rütbəsinə kimi yüksələn və bütün məsuliyyətini dərk edən bir insan bu formada çıxış edə bilməz. Ola bilsin ki, bunlar kiminsə sifarişini yerinə yetirirlər. O, bəzən fəxri fərmanları, medalları da ortaya qoyurdu. Ona demək lazımdır ki, əgər sənin fəxri fərmanların varsa, deməli, xidmətinə görə qiymətləndirilmisiniz. Məgər, o sənədlərə Müdafiə naziri imza atmayıb?”

Ş.Ramaldanov vurğulayıb ki, bu cür şəxslərin Azərbaycan Ordusunu gözdən salması mümkünsüzdür: “Polkovnik də, general da olmaq mümkündür, digər rütbələri də daşımaq olar, hərbi formanı da geyinmək olar. Amma ilk növbədə vətəndaş olmaq lazımdır. Vətəndaşlıq isə o Vətəni olduğu kimi sevmək deməkdir. Təbii ki, bunlar Azərbaycan Ordusunu gözdən sala bilməzlər. Ümumiyyətlə, Azərbaycan Ordusunu gözdən salmaq olmaz. Sadəcə olaraq, bunlar cəhd edə bilərlər. Müharibə şəraitində yaşayan ölkənin ehtiyatda olan polkovnikinin hərbi geyimdə bu cür ittihamlar səsləndirməsi düzgün deyil. Heç olmasa, mülki paltar geyinsinlər. Çünki hərbi formanı geyinmək Azərbaycan Ordusunu təmsil etmək deməkdir. Bir məsələni deyim ki, onun adı Qəhrəman olsa da, bizim deyil, düşmənlərimizin qəhrəmanı oldu. Çünki bizim düşmənlərimiz bu məlumatdan sui-istifadə etdilər. Demək olar ki, erməni saytlarında daha çox populyarlaşan bu Qəhrəmandır. Çünki, o, artıq erməni saytlarının qəhrəmanına çevrilib”.

Xatırladaq ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə və Müdafiə Nazirliyinin Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov ordu rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirirlər.

Q.Mənsimzadə hərbçi kimi ev ala bilmədiyini iddia edir.

R.Məhərrəmov isə iddia edir ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi onun ustalıq dərəcəsinin təsdiq olunması üçün Müdafə Nazirliyinə göndərib, ancaq məharət dərəcəsi təsdiq edilməyib. Əvəzində birinci dərəcə verilib. Müharibə şəraitində olan bir ölkənin ehtiyatda olan hərbçilərinin dediklərindən isə daha çox düşmən yararlanmağa cəhd edir. Q.Mənsimzadə və R.Məhərrəmov çıxışları informasiya müharibəsində Ermənistanın əlinə fürsət verə bilər. Təsadüfi deyil ki, Q.Mənsimzadə və R.Məhərrəmov son günlər düşmən mətbuatının əsas “qəhrəmanlarına” çevriliblər. (Report.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS