Mətbuat 04.06.2023 12:42

Onun ömrünün 40-cı qapısı həmişə bağlı qalacaq…- ANIM MƏRASİMİ - FOTO

Taledən onun qismətinə cəmi 39 il yaşamaq düşdü. Onun ömrünün 40-cı qapısı həmişə bağlı qalacaq…

Yaşasaydı, indi 41 yaşı olacaqdı… Çox təəssüf ki, həmin yaşa çata bilmədi, əvəzində əbədiyyət ömrü qazandı.

Rakus.az xəbər verir ki, bu barədə 2021-ci il iyunun 4-də erməni işğalından azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində peşə fəaliyyətini yerinə yetirirkən minaya düşərək şəhid olan cəbhə müxbiri Məhərrəm İbrahimovun anım mərasimində bəhs olunub.

Əvvəlcə Məhərrəmin AZƏRTAC-dakı xatirə guşəsinin önünə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev 22 yaşından müxbirlik fəaliyyətinə başlayan şəhid-həmkarımızın keçdiyi həyat yolu, insani keyfiyyətləri haqqında danışıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi dövründə AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları düşmən atəşi altında gecə-gündüz çəkilişlər aparıblar. Müharibə başa çatdıqdan sonra azad edilmiş torpaqlarda aylarla çalışan çəkiliş qrupunun üzvləri kəndbəkənd, evbəev gəzərək Ermənistan silahlı dəstələrinin işğal altındakı ərazilərdə törətdikləri vəhşilikləri qeydə alırdılar. Erməni vandalizminin, viran edilmiş yurd yerlərinin görüntülərini foto və videokameranın yaddaşına köçürərək arxivləşdirirdilər. Bu işdə Məhərrəm İbrahimovun xüsusilə böyük əməyi olub. Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Məhərrəm İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək deyib ki, Məhərrəm Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilib və şəhid olduğu günədək fəaliyyətini davam etdirib. O, işğaldan azad edilmiş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərdə düşmənin viran qoyduğu şəhərlərdən, qəsəbələrdən, kəndlərdə reportajlar hazırlayıb göndərirdi. Məhərrəm hərbi jurnalist kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi. Onun işə münasibəti, məsuliyyət hissi, peşə fəaliyyəti gənc jurnalistlər üçün əsl örnəkdir.

Mərasimdə şəhid-jurnalistin həmkarları adından çıxış edən Elvin Mövsümov, Gözəl Ağayeva, Abdulla Suvar, Səxavət Quliyev və başqaları Məhərrəmlə bağlı xatirələrini bölüşüblər.

Sonra kollektivin üzvlərindən bir qrupu şəhid jurnalist Məhərrəm İbrahimovun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarını ziyarət edib. İş yoldaşları Məhərrəmin xatirəsini ehtiramla anıb, məzarı önünə AZƏRTAC-ın kollektivi adından əklil qoyub, gül dəstələri düzüblər. Qeyd edilib ki, Məhərrəm İbrahimov yaddaşlarda əbədi yaşayacaq, onun peşəkar müxbir kimi gördüyü işlər heç vaxt unudulmayacaq.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO