“Onun sinəsinə pul qoymağa çalışdı…” - VİDEO
Bakıda restoranların birində keçirilən ad günü məclisində ölkədə tətbiq edilən karantin qaydaları yenidən pozulub.
Video kosmetoloq Nigar Rüfətin ad günündə qeydə alınıb. Kadrlardan da bəlli olduğu kimi, məclisdə 10-dan çox insan iştirak edib. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə görə isə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.), eləcə də 10-dan çox insanın bir yerə toplaşmağı qadağandır.
Ad günü mərasimində Bakı “Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı, tez-tez qalmaqallı hadisələrlə gündəmə gələn Aysel Şükürova və əri Oqtay da iştirak edib. O, rəqqasənin çıxışı zamanı onun sinəsinə pul qoymağa çalışıb.
Aysel Şükürovanın İnstaqramda bir milyondan çox izləyicisi olan səhifəsi var. O, bu yaxınlarda sosial şəbəkədə vətəndaşı və ailəsini ağır söyüşlərlə təhqir etməsiylə gündəmə gəlmişdi. A.Şükürovanın atası Qüdrət Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.
Bundan öncə isə Ayselin ikinci dəfə ailə qurduğu zaman toyuna 400 min manat xərclədiyi haqda məlumat yayılmışdı.