“Optimal Yay Festivalı” konsertləri başladı - FOTO
Məişət texnikası, elektronika və mebel sahəsində lider olmağı özünə hədəf qoyan “Optimal” şirkəti 1997-ci ildən etibarən xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdədir.
Rakus.az xəbər verir ki, daim ilklərə imza ataraq müştərilərini sevindirən “Optimal” 30 iyundan – 30 sentyabra qədər başlatdığı “Optimal Yay Festivalı” kampaniyası çərçivəsində silsilə konsertlərinə Xaçmaz şəhərindən başlayıb.
Heydər Əliyev parkında baş tutan konsertdə icra başçısı Şəmsəddin Xanbabayev, icra hakimiyyətinin səlahiyyətli şəxsləri, minlərlə Xaçmaz sakini iştirak edib.
Bəstəkar və sevimli müğənni Murad Arifin ifasıyla başlayan konsert proqramına sevilən ifaçılardan Sevil və Sevinc, Qurd, Nurlan Təhməzli, Yaşar Yusub, Elçin Hüseynov və rəqqasə Fatimənin rəqsləri damğa vurub.
Xatırladaq ki, “Şansınız Optimal Olsun” devizi altında başlayan kampaniya “Optimal” elektronika və mebel mağazalarında hər 300 manatlıq nağd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.
12 oktyabrda keçiriləcək Final günündə “Optimal” müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir. Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət “Yeni Optima” avtomobili sizin ola bilər.
Xəzər TV və “Optimal”ın layihəsi olan Yay Festivalı konsertləri 3 ay boyunca Azərbaycanın bölgələrində məşhur musiqiçilər ilə görüşünüzə gələcək.
“Optimal” bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaq.
Hörmətli “Optimal” müştəriləri, “Şansınız Optimal Olsun!”.
Optimal – Keyfiyyəti əlçatan etdik.
Ətraflı: 012 954 / www.optimal.az