Elm və təhsil 26.02.2025 22:41

“Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “1510-cu ildə Xətainin verdiyi fərmanla salınan qala, böyüyüb şəhər oldu” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə Qərbi Azərbaycanla bağlı bütün mənbələr oranın türklərə məxsusluğundan, fransız səyyahların qravürlərində İrəvan haqqında mühüm qeydlərindən danışıb.

O bildirib ki, bütün mənbələrdə Qərbi Azərbaycan kəndlərində yaşayanların türklər olduğu göstərilib: “600 il öncə Azərbaycan qərb torpaqlarında baş verən hadisələrin müasir erməni toplumuna heç bir aidiyyəti yoxdur. Qərbi Azərbaycanla bağlı bütün mənbələr oranın türklərə məxsusluğunu təsdiqləyir. Vergi dəftərləri, statistik sənədlər Qərbi Azərbaycanın etnik tərkibin türklər olduğunu sübut edir”.

Onun sözlərinə görə, 1510-cu ildə Xətainin verdiyi fərmanla salınan İrəvan qalası böyüyüb şəhər oldu: “Osmanlı müəllifi Heydər Çələbi öz “Rüznamə”sində İrəvan haqqında da yazıb. Fransız səyyahlarının qravürlərində İrəvan haqqında mühüm qeydlər var. 1689-cu ildə Fransa kralının göstərişi ilə hazırlanan dünya tarixində Qərbi Azərbaycanın yer adları azərbaycan adı ilə yazılıb. Bütün Avropa arxivlərində bu torpağın adı Azərbaycan türkçəsində qeyd olunur. Orta əsrlərə aid elə bir mənbə yoxdur ki, orada İrəvan- Yerevan, Qarabağ- Artsak kimi yazılsın”.

R.Əlizadə sonda Napoleonun Fransa krallarının iki qlobusunu   Bastiliya qalasının zirzəmisində gizlətməsinə aydınlıq gətirib və deyib ki, Napoleonun gizlətdirdiyi qlobuslarda Xəzər dənizinin qərbində Albaniya, cənubda Atropatena yazılıb. XIX əsrə qədər Qafqazın heç bir guşəsində Armeniya adında ərazi avropalılara məlum deyildi. Armeniya ifadəsini 19-cu əsrdə saxta tarix yazanlar ortaya atıblar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 26.02.2025 22:41
“Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?” - FOTO - VİDEO
Təhlil / 26.02.2025 17:47
Uğursuz elçilik – Trampın Makrona tapşırığı – TƏHLİL
Elm və təhsil / 26.02.2025 13:39
Fransız səyyahları İrəvan haqqında nə yazıb? – ANONS - VİDEO
Mətbuat, Siyasi / 26.02.2025 12:47
Xocalı cinayətini törədənlərin cəzalandırılması vacibdir - FOTO - VİDEO
Gündəm / 26.02.2025 10:25
Xalq Xocalı soyqırımı qurbanlarının xatirəsini anır - FOTO
Gündəm / 26.02.2025 10:17
Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO
Gündəm / 26.02.2025 10:02
Prezident Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşıb - VİDEO
Gündəm / 26.02.2025 00:03
Xocalı soyqırımından 33 il ötür - FOTO
Siyasi, Sosial / 25.02.2025 22:16
Anağızoğlu, Anagüney, And, Angersak – türk tarixinin izi - FOTO - VİDEO
Mətbuat, Siyasi / 25.02.2025 19:44
Azərbaycan-Pakistan münasibətləri dünyaya nümunədir - FOTO - VİDEO
Siyasi, Sosial / 25.02.2025 19:12
“Rəssamların sayəsində İrəvanın tipik şərq şəhəri olduğunu görürük” - VİDEO
Mətbuat / 25.02.2025 17:44
Fransa müstəmləkələrindən gələn media nümayəndələri ilə görüş olub - FOTO
Təhlil / 25.02.2025 15:24
İki milyard dollarlıq anlaşma- Bakı-İslamabad əməkdaşlığı – TƏHLİL
Sosial / 25.02.2025 14:26
Adı mənbələrdə 4 cür yazılan yurd – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.02.2025 13:50
Savadlı azərbaycanlılar ermənilərə lazım deyildi – ANONS - VİDEO
Mədəni / 25.02.2025 10:10
Bu gün Novruzun ilk çərşənbəsidir
Video müsahibə / 24.02.2025 22:32
“Çar Rusiyası Gorusda əhalinin etnik tərkibini məqsədli şəkildə dəyişdirib” - FOTO - VİDEO
Təhlil / 24.02.2025 16:55
Almaniyada seçkilər – ağır olan siyasi vəziyyət – TƏHLİL
Təhlil / 24.02.2025 14:40
Ankaranın Kiyevə vəkillik rolu – TƏHLİL
Siyasi, Təhlil / 23.02.2025 11:21
“Paşinyan anlayır ki, həqiqi sülh üçün xarici müdaxilədən qurtulmaq lazımdır” – TƏHLİL
Siyasi, Sosial / 21.02.2025 23:15
“Anam dedi ki, qız balalarım erməni vəhşilərinin əlinə düşməməlidir” - FOTO - VİDEO
Siyasi, Təhlil / 21.02.2025 15:29
Ermənistan lideri Kremli niyə hədəf alıb? - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 21.02.2025 15:19
Min sınaqdan çıxan, yaşayıb, inkişaf edən Azərbaycan dili – TƏHLİL
Mədəni, Sosial / 21.02.2025 14:10
“O torpaqda ruhum qalıb” – Südabə Kazımovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Elm və təhsil / 19.02.2025 22:40
“Avropada ermənilərə casus kimi baxılırdı” - FOTO - VİDEO
Siyasi / 19.02.2025 16:12
“Ermənistan 300 min Qərbi azərbaycanlının hüququnu inkar edir” – DEPUTAT