Oşda tədbirin bağlanış mərasimi keçirildi - FOTO
Oş şəhərindəki S.İbrahimov adına Milli Dram Teatrında “Oş-Türk dünyasının mədəniyyət paytaxtı-2019” ilinin təntənəli bağlanış mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, iclasda Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirləri və ya müavinləri, digər qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Azərbaycan Mədəniyyət nazirinin müavini Rafiq Bayramov da tədbirə qatılıb.
Nazir Azamat Jamankulov deyib ki, qədim Oş şəhəri il ərzində bütün Türk dünyasının və Türk xalqlarının mədəniyyət paytaxtı olub və bu qürurverici haldır.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov “Oş-Türk dünyasının mədəniyyət paytaxtı-2019” ili çərçivəsində keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu mühüm tədbirlərdən sonra Oş şəhəri bütün dünyada daha çox populyarlıq qazanıb və daha çox tanınıb.
Mərasimdə Oş şəhərinin meri Taalaybek Sarıbaşev estafeti Özbəkistanın Xivə şəhərinin meri Sabir Jumaniyazova verib.
Qırğızıstanın və digər Türk dövlətləri musiqi kollektivlərinin konsert proqramı ilə tədbirə yekun vurulub.
Tədbirdən və konsertdən fotoreportajı təqdim edirik. (Azərtac)