Sosial 19.10.2024 12:52

Osloda COP-29 təbliğ olundu: Bakıda yüksək hazırlıq işləri görülür - FOTO

Bu il oktyabrın 18-də Norveç krallığının Oslo şəhərində Litteraturhuset mərkəzində Azərbaycan Respublikası “Gənc Politoloqlar Mərkəzi” və Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının birgə təşkilatçılığı ilə “COP29: Our Green Legacy For the Future” layihəsi həyata keçirilib.

Rakus.az xəbər verir ki, “CAN” təşkilatının sədri Şervin Nəcəfpur tədbirdə iştrak edən 11 səfir və diplomatik nümayəndələri, diğər qonaqları salamlayaraq onlara minnətdarlığını bildirib.

“Gənc Politoloqlar Mərkəzi”nin sədri İlkin Əliyev layihənin ərsəyə gəlməsində göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikası Gənclər Fonduna təşəkür edib, tədbirin məhz bu tarixdə keçirilməsinin təsadüf olmadığını, 18 oktyabrın Azərbaycanda Mütəqillliyin Bərpası Günü kimi qeyd olduğunu diqqətə çatdırıb.

Bayram gününü qeyd etmək üçün bədii hissə unudulmaz akustik musiqi təəssüratı ilə yadda qalıb. Norveçin Trondheim şəhərində doğulan Azərbaycan əsilli musiqiçi Maria Sahba və gitaraçı Aleksander Sjölienin ifaları tədbirə rövnəq qatıb.

Bədii proqramdanm sonra çıxış üçün Norveçin Ekologiya və Ətraf Mühit Nazirliyinin siyasi müşaviri Kristoffer André Hansen çıxış edərək, iki həftə öncə Pre-COP29 tədbiri ilə əlaqədar Bakıya səfəri ilə bağlı təsüratlarını bölüşüb, COP29-a Bakıda yüksək səvviyədə hazırlıq işlərinin görülməsi haqqında məlumat verib.  Nazirliyin sözçüsü həmçinin səfər zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşündən söz açıb.

Cənubi Afrika Respublikasından Tembekile Mandela Fondunun yaradıcısı və baş direktoru Ndileka Mandela (Nelson Mandelanın nəvəsi) təbdirə videomüraciət edərək ekologiyanın qorunmasının gələcək nəsillərə ötürülməsi və birgə fəaliyyət haqqında zəruri addımların atılmasının vacib olduğunu nəzərə çatdırıb.

Tədbirin sponsoru olan Norveçin “Pure Nordic-Norwegian water” şirkəti tərəfindən qonaqlara premium məhsullar təqdim edilib, suyun bəşəriyyət üçün vacibliyi bir daha vurğulanan videoçarx nümayiş olunub.

Dünyanın ikinci duz gölü olaraq tanınan, Urmiya gölünün ekosistem üçün önəmini vurğulayan “Avstraliya-Azərbaycan” Assosiasiyasının prezidenti Mikayil Oyta və Yaponiyada yaşayan alim Xəlil Kələntər gölün qurumasının ətraf ölkələrə mənfi təsirindən dsanışıb, eləcə də bu prosesin qarşısının alınması üçün atılması zəruzi olan addımları təqdimat vasitəsiilə qonaqların diqqətinə çatdırıblar.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist Nigar İbrahimova tədbirdə çıxış edərək, medianın ekologiyanın qorunmasında rolundan söz açıb, bu mövzuda təcrübə və fikirlərini bölüşüb. O, dünya mediasında COP-29-a qarşı atılan qarayaxma kampaniyası və Norveç Krallığı Baş nazirinin sözügedən tədbirdə iştirakdan imtina etməsi barədə məlumat verib.

Norveçin sosialist solçular partiyasının üzvü Mahmod Ahmad insan hüquqları barədə məlumat verib və ekoloji fəaliyyət zamanı siyasi fəaliyyətin mövzuya alət edilməməsinin vacibliyini bir daha xatırladıb.

Sonda Şervin Nəcəfpur qonaqlara minnətdarlığını bildirərək, növbəti ay Azərbaycanda keçiriləcək COP-29 tədbirinə uğurlar arzulayıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO