Müsahibə 20.02.2024 19:07

“Osmanlı dövründə ermənilər yəhidiləri hərtərəfli sıxışdırıb” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki,  aparıcı Ellada Sarvanın müsahibi siyasi elmlər üzrə fəlsəfə doktoru, beynəlxalq məsələlər üzrə ekspert Moisey Bekker olub.

O, dünyada baş verən son hadisələrdən,  Qafqazda, Yaxın Şərqdə təhlükəsizlik və inkişaf məsələlərindən, din amilinin siyasi proseslərə təsirindən, eləcə də Azərbaycanın tutduğu mövqenin dünyada necə qəbul olunmasından söz açıb: “Cənubi Qafqaz həmişə dünya siyasətinin mərkəzində olub. Ermənistan həmişə dilənçi dövlət olub. Bunu ermənilərin dövlət xadimi olan Qaregin Njde özü deyib. Bu gün Ermənistan güclü himayəçi axtarır”.

Ermənistanda siyasi vəziyyətin heç də ürəkaçan olmadığını bildirən ekspert diqqətə çatdırıb ki, bu ölkədə revanşist qüvvələr mövcuddur: “Əhalinin əksəriyyəti revanşist fikirlərlə yaşayır. Sanki onları Avropa, konkret Fransa ruhlandırır. Fransanın anti-Azərbaycan siyasətinin kökündə isə erməni lobbisi dayanır. Ermənistanda antisemitizm, türklərə, yəhidilərə qarşı nifrət həmişə olub. Osmanlı dövründə ermənilər yəhidiləri hərtərəfli sıxışdırıb qovurdu”.

Onun sözlərinə görə, 44 günlük müharibədə Azərbaycan Qarabağı azad etdi: “İndi gündəmdə, iki ölkə arasında sülh müqaviləsinin  imzalanması, Zəngəzur dəhlizinin açılması durur. Baş nazir Nikol Paşinyan Qarabağın Ermənistana birləşdirilməsi ideyasının yer aldığı Müstəqillik Bəyannaməsindən imtina etmək üçün yeni Konstitusiyanın qəbuluna nail olmalıdır”.

M.Bekker vurğulayıb ki, Qarabağ zəfərindən sonra daim erməni deportasiyasının qurbanına çevrilən Qərbi azərbaycanlıların doğma yurda qayıdışı məsələsi həllini tapmalıdır: “Ermənistan azərbaycanlıların deportasiyasını qəbul etməli, onların geri qayıtmasına şərait yaratmalı və kompensasiya ödəməlidir. Hazırda Paşinyan sülh müqaviləsini imzalamaq üçün üzərinə öhdəlik götürmək istəmir. Sülh müqaviləsi iki dövlət arasında yaxşı qonşuluq münasibətləri yarada bilər və iqtisadiyyatın genişlənməsinə xidmət edər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə fevralın 20-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

xxx

“Aрмения должна признать изгнание азербайджанцев, вернуть их и оплатить компенсацию”

Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта “Хроника Западного Азербайджана”.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был доктор философии по политическим наукам, эксперт по межнациональным отношениям Моисей Беккер.

Он рассказал о последних событиях в мире, вопросах безопасности и развития на Кавказе и Ближнем Востоке, влиянии религиозного фактора на политические процессы, а также о том, как позиция Азербайджана воспринимается в мире: “Южный Кавказ всегда находился в центре мировой политики. “Армения всегда была государством попрошайкой”. Об этом говорил Гарегин Нжде, армянский государственный деятель. Сегодня Армения ищет сильного покровителя.

Заявив, что политическая ситуация в Армении совсем не радует, эксперт отметил, что в этой стране существуют реваншистские силы: “Большая часть населения живет реваншистскими идеями. Кажется, их вдохновляет Европа, в частности Франция. Армянское лобби лежит в основе антиазербайджанской политики Франции. Антисемитизм, ненависть к туркам и евреям всегда существовали в Армении. В период Османской империи армяне тщательно притесняли и изгоняли евреев».

По его словам, Азербайджан освободил Карабах в ходе 44-дневной войны: “Сейчас на повестке дня подписание мирного соглашения между двумя государствами и открытие Зангезурского коридора. Премьер-министр Никол Пашинян должен добиться принятия новой Конституции, чтобы отказаться от Декларации независимости, включающая в себя идею присоединения Карабаха к Армении».

М.Беккер подчеркнул, что после победы в Карабахе вопрос возвращения уроженцев Западного Азербайджана, ставших жертвами депортации армян, должен быть решен: “Армения должна признать депортацию азербайджанцев, создать условия для их возвращения и выплатить компенсацию. В настоящее время Пашинян не желает брать на себя обязательства по подписанию мирного соглашения. Мирное соглашение может создать добрососедские отношения между двумя государствами и послужить расширению экономики».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 20-го февраля в 18:30 в эфире Baku TV и на YouTube-канале на русском языке.

XƏBƏR LENTİ
Müsahibə, Siyasi / 20.02.2024 19:07
“Osmanlı dövründə ermənilər yəhidiləri hərtərəfli sıxışdırıb” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Təhlil / 20.02.2024 15:05
Prezident İlham Əliyevin Türkiyə səfəri – yeni layihələr və hədəflərə doğru - FOTO
Müsahibə / 20.02.2024 14:03
“Ermənilər həmişə antisemit olublar” – ANONS
Siyasi / 20.02.2024 11:17
“Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır” – BƏYANAT
Müsahibə, Video müsahibə / 19.02.2024 20:59
“Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.02.2024 15:24
Aİ ilə Rusiyanın ticarət əlaqəsi – uduzan Ukrayna – TƏHLİL
Mətbuat / 18.02.2024 10:05
Baku TV 6 yaşını qeyd edir - VİDEO
Mədəni / 17.02.2024 21:12
Türk dünyasında üç adı olan bayram – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Sosial, Səhiyyə / 16.02.2024 20:06
“Xəstəxanada işləyirdim ermənilər məcburən ərizəmi aldılar ki, işdən azadsan”
Sosial / 16.02.2024 13:49
“Son deportasiyada 17 nəfər itki vermişik” – Elçin Alməmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.02.2024 21:29
“Zəngəzur dəhlizi 6 ay ərzində açıla, azərbaycanlılar tarixi torpaqlara qayıda bilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 15.02.2024 16:00
Paşinyanın orduda “islahatı” – yaşlı “könüllülərin” ümidinə qalan hökumət – TƏHLİL
Siyasi / 15.02.2024 14:29
“Yerkrapa” kimi quldur birləşmələri Ermənistanı “cəsarətləndirib” – BƏYANAT
Elm və təhsil / 15.02.2024 10:01
Sultanəli Qurbanov Azərbaycan Respublikasının Yubiley medalına layiq görülüb - FOTO
Hadisə, Siyasi / 14.02.2024 20:34
Erməniləri lərzəyə salan Vedi hadisələri: üsyan, yoxsa müqavimət? - FOTO - VİDEO
Sosial / 14.02.2024 14:55
“Global Media Group”un Azərbaycan təbiətinə töhfəsi - FOTO
Hadisə, Siyasi / 14.02.2024 13:32
Böyük Veddi hadisələri: gizlədilmiş həqiqətlər – ANONS - VİDEO
Gündəm / 14.02.2024 12:28
Prezident İlham Əliyev Milli Məclisdə and içib – YENİLƏNİB
Siyasi / 14.02.2024 11:06
“Ermənistan rəsmilərinin məzlum görüntüsü ikrah doğurur” – BƏYANAT
Mətbuat / 14.02.2024 10:48
AzTV 68, “Mədəniyyət” telekanalı 13 yaşını qeyd edir
Hadisə, Siyasi, Sosial / 13.02.2024 21:23
Gorusda Azərbaycan kəndləri niyə boşaldılıb? - FOTO - VİDEO
Siyasi / 13.02.2024 19:37
“Ermənistan sonuncu qatara da çatmasa, kənarda qalacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 13.02.2024 16:56
Ermənistan yenə aranı qatır – Aİ missiyası fəaliyyətinin birilliyi – TƏHLİL
Gündəm, Siyasi / 13.02.2024 16:32
Konstitusiya Məhkəməsinin İlham Əliyevin qalibiyyətini təsdiqləməsi ilə bağlı QƏRARI – YENİLƏNİB - FOTO - VİDEO
Müsahibə / 13.02.2024 14:12
“Ermənistan Cənubi Qafqazın “bədənində şişdir” – MÜSAHİBƏ – ANONS - VİDEO
Hadisə, Sosial / 13.02.2024 13:51
Mənfur ermənilərin Gorus “hiyləsi” – ANONS - VİDEO