Təhlil 14.11.2024 16:49

Oxşar taleyi yaşayanlar: Ahıska, Krım və Qərbi Azərbaycan türkləri – TƏHLİL

Keçmiş SSRİ dövründə ən böyük zülm imperiya ərazisində yaşayan türk xalqlarına qarşı edilib. Onlar (azərbaycanlılar, tatarlar, qazaxlar, özbəklər, türkmən, qırğızlar, başkordlar, qaqauzlar və başqaları) bu etnosdan olduqları üçün soyqırımına məruz qalıblar.

Sovetlər sanki türklərə işgəncə vermək, onları məhv etmək üçün çox şey edib. İnsan qanı ilə suvarılan bu dövlətin rəhbərlərindən biri – İosif Stalinin rəhbərliyi illərində bu siyasət daha qəddar formada həyata keçirilib.

Bu gün Ahıska, Mesheti türklərin dədə-baba yurd-yuvalarından köçürülüməsindən 80 il ötür. 1944-cü il noyabrın 14-də Gürcüstanın Meshetiya rayonunda yaşayan Ahıska türkləri Stalinin əmri ilə Mərkəzi Asiyaya (Türküstan) – Qazaxıstan, Qırğızıstan və Özbəkistana məcburi şəkildə köçürülüb.

Deportasiya zamanı 212 kənddə yaşayan 92 min 307–94 min 955 arası türk öz evlərindən məcburi şəkildə çıxarılıb. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilərək, əsasən, Özbəkistan SSR-yə göndəriliblər.

1944-cü il iyulun 31-də SSRİ Dövlət Müdafiə Komitəsinin “№ 6279” qərarı ilə (bu qərar noyabrın 14-də icra edilib) 90 min 538 Ahıska türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstan (20 min nəfərdən çox) çöllərinə köçürülüblər.

Onlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilərək, orada məcburi əməyə cəlb ediliblər. Deportasiya və sürgünün ağır şərtləri nəticəsində 12 mindən 50 minə qədər insan ölüb.

Bu cinayət SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmri ilə SSRİ Xalq Daxili İşlər Komissarlığının (“NKVD”) komissarı Lavrenti Beriyanın rəhbərliyi ilə 4 min NKVD əməkdaşı tərəfindən icra olunub. Əməliyyatı yerinə yetirmək üçün 34 milyon rubl ayrılmışdı.

Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti 32 min ermənini Meshetiyaya, türklərin evlərinə yerləşdirib.

1999-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Azərbaycanda 43 min 454 nəfər, Qırğızıstanda 33 min 327, Qazaxıstanda 2 min 761, 2002-ci ildə aparılmış siyahıyaalınmaya əsasən Rusiya Federasiyasında 3 min 257 nəfər, Ukraynada 2001-ci ildə aparılmış siyahıyaalınmaya əsasən isə 336 nəfər Ahıska türkü yaşayır.

Ahıska türklərinin öz yurdlarında çıxarılaraq 80 il öncə öz yurd-yuvalarından deportasiya edilməsi Stalinin türk etnosun qarşı törətdiyi cinayətlərdən biridir.

Onlardan öncə 1994-cü il mayın 18-20-də azı 191 min 44 (başqa mənbələrə əsasən, 423 min 100) Krım türkü (tatarı) İosif Stalinin əmri ilə yurdlarından məcburi köçürülüblər. Onların köçünə də Lavrenti Beriya başçılıq edib. Sovet hərb maşını Krım türklərini evlərini tərk etməyə məcbur ediblər.

Oxşar taleyi Azərbaycan SSR-nin vətəndaşları da yaşayıb. Azərbaycanın İranla sərhədyanı ərazidə Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının kəndlərinin sakinləri Muğan bölgəsinə, içərilərə doğru köçürülüb. Minlərlə azərbaycanlı isə “xalq düşməni”, “qolçomaq” elan edilərək, Türküstana (Mərkəzi Asiya respublikalarına) sürgün edilib.

Erməni ideoloqların (Mikoyan) düşüncəsi ilə hərəkət edən o vaxtkı Moskva Azərbaycan Respublikasının bütün müsəlman, türk sakinlərini Mərkəzi Asiyaya köçürməyi planlaşdırmışdı. Bununla da Azərbaycana erməniləri yerləşdirməyi nəzərdə tutmuşdular.

Elə Azərbaycan türklərinin indiki Ermənistan ərazisindən çar Rusiyası dövründə köçürülməsi siyasəti sonralar da davam edib:

Birinci mərhələ – 1905–1920-ci illər;

İkinci mərhələ – 1948–1953-ci illər;

Üçüncü mərhələ – 1988–1992-ci illər.

SSRİ-nin mövcudluğunun son illərində Ahıska və Krım türklərinin repatriasiyası (qayıdış) ilə bağlı fikirlər səslənmişdi.

SSRİ-də RSFSR Ali Soveti tərəfindən 1991-ci il aprelin 26-da qəbul edilmiş “Repressiyaya məruz qalmış xalqların reabilitasiyası haqqında” Qanuna uyğun olaraq xalqlar, millətlər və ya etnik qruplar insanların tarixən yaranmış digər mədəni və etnik icmaları milliyyətə və ya digər mənsubiyyətə görə repressiyaya məruz qalması kimi tanınıb.

Həmin dövrdə deportasiyaya məruz qalmış türklər yurdlarına qayıdacaqlarına ümid edirdilər. Məsələn, Gürcüstan Avropa Şurasına üzv qəbul edilərkən 1944-cü ildə Stalinin əmri ilə öz vətənlərindən sürgün edilən Ahıska türklərinin geri qayıtması ilə bağlı üzərinə öhdəlik götürmüşdü. Bu öhdəliyə əsasən, 2012-ci ilə kimi Gürcüstan hökuməti Ahıska türklərinin doğma yerlərinə qayıtmasını təmin etməli idi. Ancaq bu istiqamətdə görülən işlər əsasında bir neçə ailə köçürüldü. Çoxlu sayda Ahıska türkü vətənə dönmək üçün repartriant statusunu alacağı günü hələ də gözləyir.

Onların bir qismi Türkiyə vətəndaşlığı alıb. 80 ildir Ahıska türklərinin tapdanan hüquqları bərpa olunmayıb. İnsan hüquqları kimi ali mətləblərdən bəhs edən beynəlxalq qurumlar isə indiyədək bu istiqamətdə susurlar. Onlar Krım və Ahıska türklərinin beynəlxalq səviyyədə tanınan deportasiyasını, repatrasiyasını görməzlikdən gəlirlər.

Azərbaycan türkləri indiki Ermənistan ərazisindən eyni üsulla qovulub. Sovet əsgərləri və erməni “fəallar” azərbaycanlılara yır-yığış etməyə vaxt belə verməyiblər. Onları yük avtomobillərinə dolduraraq Qərbi Azərbaycan ərazisindən çıxarıblar. Müxtəlif mənbələrin məlumatına görə, təkcə üçüncü mərhələdə 250 mindən çox azərbaycanlı yurd-yuvasını tərk etməyə məcbur ediliblər.

Ermənistan, onu müdafiə edən Avropa İttifaqı parlamenti, İttifaqın xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, ABŞ-nin bəzi senatorları, Makron Fransası və başqaları qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpasından söz düşəndə məsələyə aid olmayan iddialar irəli sürürlər.

Faşizmin törətdiyi cinayətləri yaşamış Avropa deportasiyanın acı nəticələrini yaşayıb. Müharibə bitdikdən sonra qitə öz vətəndaşlarını, repatriantları qəbul edib.

Krım, Ahıska və Qərbi Azərbaycan türkləri müxtəlif illərdə eyni taleyi yaşayıb. 80 ildən artıqdır onları pozulmuş vətəndaş və mülkiyyət hüquqlarının bərpası gözləyir. Təəssüf ki, bir milyondan çox insanın adi vətəndaş hüquqları hələ də tapdanır.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Təhlil / 14.11.2024 16:49
Oxşar taleyi yaşayanlar: Ahıska, Krım və Qərbi Azərbaycan türkləri – TƏHLİL
Gündəm, Sosial / 14.11.2024 15:14
COP29-un dördüncü günü: Mavi Zona tədbirləri - FOTO - VİDEO
Təhlil / 14.11.2024 14:20
“Metsamor” – Cənubi Qafqazın yeni Çernobılı” – ANONS
Mədəni / 14.11.2024 12:18
Xalq artisti Elmira İsmayılova: “Oqtayın yoxluğunu mənə heç kim unutdura bilmir” - FOTO
Siyasi / 14.11.2024 10:15
Qreta Tunberq üzərində qurulan MƏKRLİ PLAN – Erməni maraqlarına xidmət edən VƏTƏN XAİNLƏRİ - FOTO
Elm və təhsil / 13.11.2024 22:13
İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları - FOTO - VİDEO
Gündəm, Sosial / 13.11.2024 17:35
İlham Əliyev İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammitində çıxış edib – YENİLƏNİB - FOTO - VİDEO
Gündəm / 13.11.2024 15:11
COP29-un 3-cü günü: Mavi Zonada tədbirlərə start verilib – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 13.11.2024 13:55
Prezident: “Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi çox sayda vətəndaşı qətlə yetirib”
Elm və təhsil / 13.11.2024 13:46
“İrəvanın indiki gerbi oğurluqdur” – ANONS
Gündəm / 13.11.2024 12:46
Azərbaycan Prezidenti müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırıb - VİDEO
Siyasi, Sosial / 12.11.2024 22:34
Ağcaqala, Ağcaqışlaq, Ağcaquş – türk tarixinin izi - FOTO - VİDEO
Dünya, Gündəm / 12.11.2024 22:05
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 12.11.2024 20:38
“İrəvanda yaşayan türklər yüksək intellektə malik idilər” - FOTO - VİDEO
Gündəm, Sosial / 12.11.2024 17:40
COP29-un 2-ci günü: Mavi Zonada tədbirlər davam edir- YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 12.11.2024 14:35
“Etika mərkəzi” ilk dəfə İrəvanda açılıb – ANONS
Siyasi, Sosial / 12.11.2024 13:26
Adı 2 dəfə erməniləşdirilən kənd – ANONS - VİDEO
Gündəm / 12.11.2024 12:48
İlham Əliyev: “COP29-a görə biz hədəfə çevrildik”
Gündəm, Sosial / 12.11.2024 10:41
COP29-un Yaşıl Zonasında tədbirlər yoqa təlimi ilə başlayıb - FOTO
Müsahibə / 11.11.2024 23:58
“Sülh yolu ilə tarixi torpaqlarımıza qayıtmaq istəyirik” - VİDEO
Siyasi, Sosial / 11.11.2024 18:17
Rizvan Nəbiyev: “Bakı platforması dünya siyasi liderlərini və iqlim diplomatiyasının əsas oyunçularını bir araya gətirib”
Gündəm, Sosial / 11.11.2024 17:41
COP29-un Mavi Zona tədbirləri davam edir – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 11.11.2024 12:10
Bakıda COP29-un rəsmi açılış mərasimi keçirilib – YENİLƏNİB - FOTO - VİDEO
Sosial / 10.11.2024 13:41
“SOS” əməkdaşları şəhid ailələri ilə birlikdə Zəfər Parkını ziyarət edib - FOTO - VİDEO
Elm və təhsil / 09.11.2024 22:50
“Rus alimləri ermənilərlə birlikdə Skif tarixinin Azərbaycana aid olmadığı yalanını uydurdular” - FOTO - VİDEO
Elm və təhsil / 09.11.2024 13:48
“Qərbi Azərbaycanda skiflərə aid 12 abidə tapılıb” – ANONS - VİDEO