Siyasi 07.01.2021 23:21

PA rəsmisi: “Azərbaycan təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür” - VİDEO

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılış mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu münasibətlə Ağsaqqallar Şurasının üzvlərini təbrik edib.

Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verir. Azərbaycan ağsaqqalları tariximizin bütün dövrlərində öz sözlərini deyiblər. Ağsaqqallar Şurası bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərir.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ağsaqqalları yenə də öz sözlərini dedilər. Xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduq. Ölkəmiz inkişafının yeni bir mərhələsinə qədəm qoyur. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq, abadlıq işləri görüləcək. Beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərimiz gülüstana çevriləcək. Bu xüsusda da ölkəmizin inkişafının yeni mərhələsində ağsaqqallarımızın böyük rolunun olacağına əminik. Həmçinin regionlarda Azərbaycan ağsaqqal ocaqlarının daha da inkişaf etdirilməsi və onların cəmiyyətimizin inkişafında daha fəal rol oynamaları önəmlidir”, – Prezidentin köməkçisi vurğulayıb.

Prezident İlham Əliyevin cəmiyyətimizdə ictimai birliklərin, vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dövlət orqanları yanında məşvərətçi şuraların yaradılmasına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan cəmiyyəti və mədəniyyətində ağsaqqal sözünün öz çəkisi, xüsusi yeri var. Biz bunu çox böyük fəxrlə deyə bilərik ki, heç bir ölkədə Ağsaqqallar Şurası institutu yoxdur. Azərbaycan bu mənada da özünün əsrlərlə formalaşmış zəngin təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşə bilər. Beynəlxalq səviyyədə sülhün, əmin-amanlığın və mədəniyyətlərarası dialoqun təşviqi prosesində Azərbaycan ağsaqqalları da öz sözlərini deyə bilərlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Ağsaqqallar Şurası deyilən bir institut var ki, burada bizim təsisatımız fəal rol oynayır.

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən Eldar Quliyev bildirib ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən formalaşdırmaqdır: “Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. Ötən ilin bizim üçün dəyəri o oldu ki, 30 il ərzində həll edilməyən Qarabağ problemi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həllini tapdı. Torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Bu nailiyyətimiz Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi idi. İnanırıq ki, bu torpaqlarda quruculuq-abadlıq işləri böyük sürətlə həyata keçiriləcək. Biz də Ağsaqqallar Şurası olaraq bu prosesdə yaxından iştirak edəcəyik”.

Ağsaqqallar Şurasının növbəti üç il üçün fəaliyyət proqramı qəbul etdiyini bildirən Eldar Quliyev deyib: “İlk növbədə, yerlərdə seçkilər keçirilməlidir, eyni zamanda, nizamnamələr təsdiq edilməli və şərait yaradılmalıdır. Dövlətimizin başçısının bizə göstərdiyi etimadı doğruldacağımıza əminik”.

Sonra tədbir iştirakçıları yeni inzibati binada yaradılmış şəraitlə tanış olublar.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO