Gündəm 06.03.2023 13:42

Pakistan mediasında ulu öndər Heydər Əliyev ilə bağlı məqalə dərc olunub - FOTO

Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” sərlövhəli məqaləsi Pakistanın “Pakistaneconomicnet.com”, “En.dailyittehad.com”, “Thegulfobserver.com”, “Pakistanintheworld.pk” agentliklərində nüfuzlu media orqanlarında yayımlanıb.

Rakus.az xəbər verir ki, Pakistanın 4 mətbuat orqanında yayımlanan məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafındakı rolundan söz açılır.

Məqalədə bildirilir ki, Azərbaycanla-Pakistan arasında münasibətlər qardaşlıq səviyyəsindədir. 44 günlük Vətən Müharibəsində Pakistanın Azərbaycana verdiyi dəstək ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən xəbər verir. Pakistan yeganə dövlətdir ki, Ermənistanı dövlət kimi tanımır.

Qeyd edilir ki, Ulu öndər Heydər Əliyev Pakistana böyük önəm verib və bu dövlətlə əlaqələrin inkişafı üçün önəmli addmlar atıb. Ümummilli liderin Pakistanla-Azərbaycan əlaqələrin qurulmasın və inkişafında mühüm rolu olub.

Pakistanı Azərbaycanın Türkiyə ilə yanaşı dünyadakı əsas strateji müttəfiqlərindən biridir. İki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr çərçivəsində intensiv xarakter daşıyır.
Məqalədə Ulu öndərin Pakistan haqqında fikirlərinə yer verilir: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır”.

Məqalədə 1996-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistana səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər və imzalanan sazişlərin əhəmiyyəti önə çəkilir.

Həmçinin bildirilir ki, Ulu öndər qardaş Pakistanda da sevilən lider idi.

R.Əhmədov məqaləsində həmçinin qeyd edir ki, dövlətlərimiz arasında hazırda münasibətlər ən yüksək səviyyəyə çatdırılıb və Prezident İlham Əliyev ulu öndər tərəfindən qoyulan strategiyanı uğurla davam etdirir.

Məqalədə Birinci vitse-prezient, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da həmişə Pakistanla münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd edilir: “Onun təşəbbüsü və rəhbərliyi ilə Pakistanda xeyriyyə tədbirləri reallaşdırılıb. Buna görə də, 2015-ci il martın 11-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub”.

Məqalənin sonunda qeyd edilir ki, Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda qurulan əməkdaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır və bu əlaqələrin davamlı olması əhəmiyyətlidir…

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü ili Heydər Əliyev İli elan edib.

Məqaləyə bu linklər vasitəsilə baxmaq olar:

https://en.dailyittehad.com.pk/story/15241?fbclid=IwAR0sLS5XXOgzpCuvM9QK-sgJ4f6gpiM-v0rFy4S4W1sw7B60WNhaDF0WOVY

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO