Mətbuat 20.11.2020 11:13

“Paris Match” jurnalı erməni vəhşiliklərindən yazdı

Fransanın “Paris Match” jurnalında dərc olunmuş məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından, Azərbaycan şəhərlərinə raket hücumları etməsindən, mülki əhalini qətlə yetirməsindən bəhs olunur.

Rakus.az xəbər verir ki, məqalədə Ermənistanın Bərdəyə raket hücumu nəticəsində şəhərdə yaranmış vəziyyət təsvir edilir.

Bərdə şəhərində raket zərbəsinin endirildiyi ərazidə olan fransalı jurnalist buranın qan çanağına döndüyünü, 21 mülki azərbaycanlının meyidini gördüyünü qeyd edir. O yazır ki, xilasedicilər yanmış maşınları aparırdılar. Ətrafdakı meyvə-tərəvəz mağazasının sahibi olan qadın indi həmin mağazanın yerində böyük bir çuxur yarandığını görəndə göz yaşlarına qərq oldu. Yaxınlıqdakı ət mağazası da əsl qırğın səhnəsini xatırladırdı. Həlak olan mülki insanların xatirəsini yad etmək üçün bu yerlərə güllər düzülürdü.

Müəllif Azərbaycanda hər tərəfdə “Qarabağ bizimdir!” şüarını eşitdiyini və gördüyünü bildirir.

Fransalı jurnalist cəbhə bölgəsinə də getdiklərini, yolboyu zirehli, yanmış, mərmilərdən yararsız vəziyyətə düşmüş maşınları gördüyünü yazır.

Məqalədə qeyd edilir ki, 1993-cü ildə ermənilər azərbaycanlı əhalini yurdlarından didərgin salıb, hətta onların qəbiristanlıqlarını belə dağıdıblar. Müəllif yolda dağıdılmış, vandalizmə məruz qalmış qəbirlərin yanında dayandıqlarını bildirir, onu müşayiət edən Samir adlı şəxsin bu acınacaqlı vəziyyət, hətta ermənilərin cəsədlərdən qızıl dişləri belə çıxarmaları haqqında məlumat verdiyini yazır.

“Azərbaycanlılar kilsələrə və qəbiristanlıqlara toxunmur”, – deyən Samir vurğuladı ki, bu ermənilər hara gedirlərsə, düşünürlər ora onlara məxsusdur. Görəcəksiniz, Fransada yaşayan ermənilər də bir gün deyəcəklər ki, ora onların ölkəsidir.

Müəllif yazır ki, Birinci Qarabağ müharibəsi haqqında xatirələrini bölüşən insanlar həmin vaxt demək olar əliyalın vuruşduqlarını deyirlər. İndi isə Azərbaycanın inkişaf etdiyi, hərbi büdcəsini qat-qat artırdığı qeyd edilir.

Məqalədə, həmçinin Azərbaycanın öz torpaqlarını bir aydan artıq müddət ərzində azad etməsindən söhbət açılır. Azad edilmiş ərazilərdə artıq elektrik çəkilişinin həyata keçirildiyi, oralarda yeni həyatın başladığı diqqətə çatdırılır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO