Paşazadə Qroznıya gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 29-da Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərinə səfərə yola düşür.
Rakus.az xəbər verir ki, QMİ-dən verilən məlumata görə, A.Paşazadə Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondunun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carcısıdır” adlı Beynəlxalq dini konfransda iştirak edəcək.
Şeyxülislam A.Paşazadə Beynəlxalq Dini Konfransda məruzə ilə çıxış edəcək.
Səfər çərçivəsində QMİ sədri respublika rəsmiləri, konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlar ilə görüşlər keçirəcək.