Siyasi 06.03.2025 22:12

Paşinyanın “real Ermənistan” planı praktiki mərhələyə keçir - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Ermənistan Azərbaycanın əsas tələbini daha tez icra edəcək” adlı süjetdə Ermənistan Konstitusiyasının yeni mətninin 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər hazırlanacağından bəhs olunur.

Bildirilir ki, daha öncə Nikol Paşinyan Konstitusiyanın yeni mətninin 2026-cı ilin dekabr ayına qədər hazırlanması, 2027-ci ildə baxılması tapşırığını vermişdi. İndi vaxt önə çəkilir və daha tez hazırlanması gündəmdədir. Baş nazirin bəyan etdiyi kimi, Konstitusiyaya əsaslanan “erməni iddialarını” sıradan çıxarmaq və “real Ermənistan qurmaq istəyir.

Qeyd olunur ki, Ermənistan Konstitusiyanın dəyişdirilməsi tələbi Azərbaycanın gündəliyinə daxildir: “Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bəyan edib ki, bütün iddialar Konstitusiyadan çıxarılmadan sülhdən danışmaq mümkün deyil. Təbii ki, Ermənistan Konstitusiyası dəyişdirilərsə, bu, Azərbaycanla sülhün əldə edilməsində konstruktiv yanaşma olacaq və sazişin imzalanmasını təşviq edə bilər”.

Bu məsələ Ermənistan mətbuatında və ictimaiyyətində ciddi müzakirələr yaradıb. “Hraparak” nəşri yazır ki, Paşinyanın “real Ermənistan” planı praktiki mərhələyə keçib: “Paşinyan sənədin preambulasında müstəqillik bəyannaməsinə istinadın dəyişdirilməsi üçün Konstitusiyanın dəyişdirilməsi məqsədilə referendumun keçirilməsini təklif edib və bu, hakim partiyanın qapalı görüşündə müzakirə edilib”.

“Fakt” qəzeti isə Ermənistan hakimiyyətinin Konstitusiyanın dəyişdirilməsini hələ 2019-cu ildə gündəmə gətirdiyini yazıb: “2020-ci ildə müharibə bu məsələni arxa plana keçirdi. İndi yeni Konstitusiyanın qəbulundan danışırlar. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir”.

Politoloq Sergey Markedonov, ekspert Qriqori Ayvazyan, “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan hesab edirlər ki, N.Paşinyan erməni milli layihəsini yenidən başlanmasını planlaşdırır: “Onun fəal şəkildə təbliğ etdiyi “real Ermənistan”da diasporun ciddi rolu olmayacaq, qonşulara qarşı ərazi iddiaları, həmçinin, “geosiyasi maksimalizm” istisna olunacaq. Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların Ermənistana qayıtması Azərbaycanın əsas planıdır. Rəsmi Bakı bu hədəflərinə mütləq nail olacaq. Paşinyanın mövcud Konstitusiyadan imtina etmək və yenisini qəbul etmək təşəbbüsü Qərbi Azərbaycan proqramı çərçivəsində baş tutur”.

Sonda vurğulanır ki, Ermənistanda revanşistlər azərbaycanlıların qayıdışını qəbul etmir və bunu gündəmdən çıxarmaq üçün əllərindən gələni edirlər: “Lakin bütün bu cəhdlərin nəticə verməyəcəyi öncədən bəllidir, çünki azərbaycanlıların tarixi torpaqlarına – Qərbi Azərbaycana qayıdışı qaçılmazdır. Ermənistan bu reallığı nə qədər tez qəbul edərsə, onlar üçün bir o qədər yaxşı olacaq, əks təqdirdə, Qarabağda başlanan erməni planlarının məhv edilməsi prosesi Zəngəzurda, İrəvanda davam etdirilə bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında martın 6-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 06.03.2025 22:12
Paşinyanın “real Ermənistan” planı praktiki mərhələyə keçir - FOTO - VİDEO
Təhlil / 06.03.2025 16:28
Dönən çarx – Zəngəzur yolu və İğdır-Naxçıvan xətti – TƏHLİL
Siyasi, Təhlil / 06.03.2025 14:11
İrəvan 100 illik plandan imtina edir – ANONS - VİDEO
Müsahibə / 06.03.2025 10:48
Ülviyyə Qarayeva: “Plagiat layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb”
Elm və təhsil / 05.03.2025 22:49
“1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib” - VİDEO
Elm və təhsil / 05.03.2025 13:44
Erməni tarixini keşişlər yazıb – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.03.2025 12:10
Ukraynanı daha çətin günlər gözləyirmi? – TƏHLİL - FOTO - VİDEO
Siyasi, Sosial / 04.03.2025 22:17
Arazdəyən, Aralıq, Aralıq Qoyun – türk tarixinin izi - FOTO - VİDEO
Hərbi, Müsahibə / 04.03.2025 19:01
“Məğlubedilməz Ermənistan ordusu mifi hələ 2016-cı ilin aprelində dağılıb” - VİDEO
Siyasi, Sosial / 04.03.2025 14:36
Ermənilərin xaraba qoyduğu məskənlər – ANONS - VİDEO
Hərbi / 04.03.2025 11:37
Ermənistanda “silahlanma yarışı” gedir – ANONS - VİDEO
Mədəni / 04.03.2025 00:01
Bu gün Od çərşənbəsidir
Müsahibə / 03.03.2025 22:09
“Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edirdi” - FOTO - VİDEO
Təhlil / 03.03.2025 16:05
Vaşinqtonla Kiyevin mübahisəsi – ABŞ – Aİ “toqquşması” – TƏHLİL
Siyasi / 03.03.2025 12:42
“Londonun Kiyevə hərbi dəstəyi Avropanın təhlükəsizliyi üçün də önəmlidir”  - FOTO - VİDEO
Mədəni, Siyasi / 01.03.2025 22:12
“Azərbaycanlıları çıxarıb, erməniləri gətirib, kurort şəhər saldılar” - FOTO - VİDEO
Mədəni / 01.03.2025 14:22
İstisuda qadınların “parçakəsdi” mərasimi – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 28.02.2025 22:41
“Cıvıxlılar qədim Baharlar türk tayfasının əsgərləri olublar” - FOTO - VİDEO
Təhlil / 28.02.2025 15:56
Regional reallıq – PKK arxivə göndərilir – TƏHLİL
Siyasi / 28.02.2025 15:23
Qərbi Azərbaycana qayıdış APA-nın Bakı Bəyannəməsində qeyd edilib - FOTO
Elm və təhsil, Siyasi / 28.02.2025 13:40
Ermənilər dərs saatlarımızı vermirdilər – Mahir Məsimovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 27.02.2025 22:38
Paşinyan Azərbaycana dəhliz verib, amma bunu “yol” adı altında gizlədir? - FOTO - VİDEO
Təhlil / 27.02.2025 17:17
Erməni hamisi Zatulin – zühur edən “qırxıqbaş” – TƏHLİL
İqtisadi, Siyasi / 27.02.2025 13:34
Zəngəzurdan Naxçıvana keçid olacaq? – ANONS - VİDEO
Mətbuat, Siyasi / 27.02.2025 10:23
Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir - FOTO - VİDEO
Elm və təhsil / 26.02.2025 22:41
“Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?” - FOTO - VİDEO