Siyasi 22.02.2024 20:42

Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır” adlı analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə rəsmi İrəvanın Qərbi Azərbaycanın bir sıra ərazilərini, o cümlədən Çəmbərək, Basarkeçər və Mehri rayonlarının qaytarmaq istəyində olduğu, bu fikirlərin, eləcə də son günlər Ermənistan hakimiyyətinin verdiyi qərarların erməni ictimai rəyində müzakirə yaratdığı bildirilir.

Qeyd olunur ki, Ermənistanda belə müzakirələrin başlanmasına səbəb hakimiyyətin bu bölgələrdə dövlət qurumlarını bağlamaq qərarından qaynaqlanır: “Məlumatlara görə, Basarkeçərdə, Çəmbərək və Mehridə  pasport-viza şöbəsinin bağlanacağı, ümumiyyətlə, Azərbaycanla sərhəd bölgəsindən dövlət qurumları və digər xidmət idarələrinin çıxarılacağı deyilir. Bu bölgələrdə yaşayan ermənilər bildirirlər ki, hakimiyyət iki səbəb görə bu addımı ata bilər: ya bu ərazilər Azərbaycana təhvil veriləcək, ya da yeni müharibəyə hazırlıq gedir. Əgər yeni müharibə olarsa, Azərbaycan bu əraziləri asanlıqla nəzarətə götürə bilər. Hətta Paşinyanın bu əraziləri müharibə yolu ilə Azərbaycana qaytarmağa hazırlaşdığını düşünənlər də var”.

Diqqətə çatdırılır ki, Basarkeçərdəki ermənilər buna görə etiraz akisiyası keçiriblər: “Baş nazir Nikol Paşinyan isə Basarkeçərdə keçirilən etiraz aksiyasını tənqid edib. O, hökumətin Basarkeçərə milyardlarla vəsait xərclədiyini iddia edib və şikayətlənib ki, insanlar bu layihələrdən danışmaq əvəzinə, ərazilərin təhvil verilməsindən bəhs edirlər. Erməni siyasətçiləri isə Paşinyanın bölgədə yeni müharibənin olacağı barədə xəbərdarlığını ərazilərin təhvil verilməsinə hesablandığını, Qərbi Azərbaycanın müəyyən ərazilərinin, xüsusilə sərhəd bölgəsinin Azərbaycana təhvil verilməsinə hazırlıq olduğunu düşünürlər”.

Sonda vurğulanır ki, bu iddiaların erməni uydurmaları hesab etmək olar: “Ermənistan təxribat hücumlarını genişləndirəcəyi təqdirdə, Azərbaycanın cavab addımları ordumuzun tarixi torpaqlarımıza qədər irəliləməsini də şərtləndirə bilər. Lakin hər şey Ermənistanın Azərbaycanın şərtlərinə uyğun sülh gündəliyinə sadiqliyindən asılı olacaq. Sərhədin delimitasiyası və kommunikasiyanın açılması Bakının istəklərinə uyğun həyata keçirilməli, o cümlədən, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı təmin edilməlidir. Azərbaycanın haqlı tələbləri icra edilməsə, ordumuz bu dəfə kazarmaları Göyçə, Zəngəzur, Basarkeçər üçün tərk etməli olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 22-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 22.02.2024 20:42
Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - FOTO - VİDEO
Siyasi / 22.02.2024 15:28
Paşinyan bu əraziləri təhvil verir? – ANONS - VİDEO
Siyasi, Sosial / 21.02.2024 20:09
“Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” - FOTO - VİDEO
Siyasi, Sosial / 21.02.2024 13:59
Ermənilərin Hamamlıda izitirmə planı – ANONS
Səhiyyə / 21.02.2024 10:02
ATU-da Ortodontiya kafedrası fəaliyyətə başlayıb - FOTO
Mədəni, Sosial / 20.02.2024 20:56
Təpəbaşı – oğurlanmış şəhərin sızıltısı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 20.02.2024 19:07
“Osmanlı dövründə ermənilər yəhidiləri hərtərəfli sıxışdırıb” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 20.02.2024 17:17
“Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin fəaliyyətinə töhfəsini verəcək” – Əli Hüseynli
Gündəm, Təhlil / 20.02.2024 15:05
Prezident İlham Əliyevin Türkiyə səfəri – yeni layihələr və hədəflərə doğru - FOTO
Müsahibə / 20.02.2024 14:03
“Ermənilər həmişə antisemit olublar” – ANONS
Siyasi / 20.02.2024 11:17
“Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır” – BƏYANAT
Müsahibə, Video müsahibə / 19.02.2024 20:59
“Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.02.2024 15:24
Aİ ilə Rusiyanın ticarət əlaqəsi – uduzan Ukrayna – TƏHLİL
Mətbuat / 18.02.2024 10:05
Baku TV 6 yaşını qeyd edir - VİDEO
Mədəni / 17.02.2024 21:12
Türk dünyasında üç adı olan bayram – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Sosial, Səhiyyə / 16.02.2024 20:06
“Xəstəxanada işləyirdim ermənilər məcburən ərizəmi aldılar ki, işdən azadsan”
Sosial / 16.02.2024 13:49
“Son deportasiyada 17 nəfər itki vermişik” – Elçin Alməmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.02.2024 21:29
“Zəngəzur dəhlizi 6 ay ərzində açıla, azərbaycanlılar tarixi torpaqlara qayıda bilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 15.02.2024 16:00
Paşinyanın orduda “islahatı” – yaşlı “könüllülərin” ümidinə qalan hökumət – TƏHLİL
Siyasi / 15.02.2024 14:29
“Yerkrapa” kimi quldur birləşmələri Ermənistanı “cəsarətləndirib” – BƏYANAT
Elm və təhsil / 15.02.2024 10:01
Sultanəli Qurbanov Azərbaycan Respublikasının Yubiley medalına layiq görülüb - FOTO
Hadisə, Siyasi / 14.02.2024 20:34
Erməniləri lərzəyə salan Vedi hadisələri: üsyan, yoxsa müqavimət? - FOTO - VİDEO
Sosial / 14.02.2024 14:55
“Global Media Group”un Azərbaycan təbiətinə töhfəsi - FOTO
Hadisə, Siyasi / 14.02.2024 13:32
Böyük Veddi hadisələri: gizlədilmiş həqiqətlər – ANONS - VİDEO
Gündəm / 14.02.2024 12:28
Prezident İlham Əliyev Milli Məclisdə and içib – YENİLƏNİB
Siyasi / 14.02.2024 11:06
“Ermənistan rəsmilərinin məzlum görüntüsü ikrah doğurur” – BƏYANAT