Siyasi 05.09.2024 22:38

Erməni baş nazir yenidən “yalan maşınını” işə saldı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Nikol öz xərclərini Azərbaycanın xərcləri kimi göstərməyə çalışır” adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə keçirdiyi mətbuat konfransında yenidən “yalan maşınını” işə salmasından bəhs olunur.

Bildirilir ki, erməni Baş nazir Azərbaycan Konstitusiyasında Ermənistana qarşı iddiaların olduğunu iddia edir: “Halbuki Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yer almır, AXC-nin varisi olmaq məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur. Ermənistan Konstitusiyasında açıq mətnlə yazılır ki, “İstiqlal Bəyannaməsinin müddəalarının icra edilməsi hakimiyyətin vəzifəsidir”. İstiqalal bəyannaməsinin əsas müəddalarından biri də qondarma “miatsum”un reallaşması – Qarabağın Ermənistana birləşdirilməsidir. Bu baxımdan, Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh sazişinin imzalanması regionda sülh perspektivini təhlükə altına atır. Ermənistan hakimiyyəti bunu icra etmək niyyətində deyil. Paşinyan da “Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var” iddiası isə Bakının Ermənistanın ərazi iddialarının yer aldığı mövcud Konstitusiyasının dəyişdirilməsi tələbinə qarşı əks-həmlə etməyə çalışır. Məqsədi Konstitusiya tələbini gündəmdən çıxarmaq, Azərbaycana qarşı ərazi iddiasını hüquqi müstəvidə saxlamaqdır”.

Vurğulanır ki, N.Paşinyan Azərbaycana qarşı irəli sürdüyü Konstitusiya ittihamında əslində indiki Ermənistan torpaqlarının – Zəngəzur, Dərəlyəz, Tavuş, Göyçə, Vedi və ümumilikdə Qərbi Azərbaycanın ermənilərə məxsus olmadığını etiraf edir.

Süjetdə təhlükəsizlik və hərbi məsələlər üzrə erməni ekspert Hayk Nahapetyanın şərhinə də yer verilir: “Azərbaycan Ermənistanın silahlanmasının məhdudlaşdırılması və nəzarət altına alınmasını tələb edir. Bu, kapitulyasiya deməkdir. Azərbaycan tezliklə maddi təzminat məsələsini irəli sürəcək, Qarabağda və ətraf yeddi rayonda son 30 ildə baş verənlərə görə milyardlarla dolların ödənməsini tələb edəcək. Bu, eyni zamanda, Qərbi Azərbaycan dedikləri ərazilərin qaytarılması, yaxud 300 mindən çox azərbaycanlının qayıdışı ola bilər. Misal üçün, 100 min azərbaycanlı İrəvana qayıdarsa, Ermənistan nə edəcək?! Hesab edirəm ki, təslim sənədi hazırlanır və tezliklə gündəmə gələcək”.

Sonda vurğulanır ki, azərbaycanlıların öz tarix yurdlarına qayıdışı mütləq baş tutacaq: “Bu, dəyişməyən reallıqdır. Paşinyanın Qərbi Azərbaycanla bağlı etirafı fonunda bu məsələ bir daha aktuallaşır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 5-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO