Siyasi 26.06.2025 23:11

“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Paşinyan Türkiyədə Ərdoğan və Əliyevin şərtlərini qəbul edib?” adlı süjetdə İsrail-İran müharibəsi fonunda Cənubi Qafqazda baş verən maraqlı proseslərdən və Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən bəhs olunur.

Bildirilir ki, İrəvanda rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü şərtlərin qəbul edildiyinə dair gərgin müzakirələr gedir: “Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə ilk dəfə səfər etdi. Onun keçirdiyi görüş İsrail-İran müharibəsinin “kölgəsində” qalsa da, bu, regionda baş verən proseslər fonunda bölgənin gələcəyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün ilk öncə Türkiyənin “Azərbaycan səddini” aşmalıdır”.

Qeyd olunur ki, Paşinyan İstanbuldakı ermənilərlə görüşündə Bakı və Ankaranın “Turan” ideyası və bu ideya çərçivəsində Zəngəzur dəhlizinin açılması istəyindən danışıb və bununla Zəngəzur dəhlizinə və “Turan” ideyasına razı olduqlarına işarə vurub.

Erməni türkoloqlar Tiran Lokmaqyozyan, Varujan Qeqamyan, şərhçi Sevak Akopyanın fikrincə, Paşinyan İstanbulda şərtləri qəbul edib: “Paşinyandan öncə İlham Əliyevin Türkiyəyə səfər etməsi o deməkdir ki, Ankara üçün Azərbaycanın maraqları hər şeydən üstündür. Zəngəzur dəhlizinin açılması, Ermənistan-Türkiyə sərhədində rusiyalı sərhədçilərin olmaması, azərbaycanlıların Ermənistana qayıtması (Qərbi Azərbaycana), “soyqırımı” iddialarının aradan qalxması və s. Paşinyan üçün bu məsələlərin heç biri problem deyil. O, Türkiyəyə sadəcə qəhvə içməyə getməmişdi. Hər şey gizli şəkildə saxlanılır. Azərbaycanlılar Ermənistana qayıdacaqlar, Gümrü də de-fakto Türkiyənin nəzarətinə keçəcək.

Diqqətə çatdırılır ki, bunlar erməni şərhçilərinin iddialarıdır və məqsəd erməni ictimai rəyində Paşinyanın əleyhinə fikir formalaşdırmaqdır: “Lakin sirr deyil ki, Ermənistanın bölgədə normal ölkə kimi mövcud olması və qonşularla normal münasibətlər qurmasının yeganə yolu məhz bu şərtlərin qəbul edilməsindən keçir. Revanşistlərin etirazlarına baxmayaraq, Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası da buna əsaslanır”.

Sonda vurğulanır ki, regionda şərtlər sürətlə dəyişir, xüsusilə İran ətrafındakı müharibə vəziyyətindən sonra Ermənistanın çıxış yollarının tükəndiyi aydın görünür: “Bu vəziyyət Ermənistanın Zəngəzur dəhlizindən tutmuş, azərbaycanlıların öz yurdlarına – Qərbi Azərbaycana qayıdışına qədər bütün tələbələri qəbul edəcəyi perspektivlərini gücləndirir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyunun 26-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 26.06.2025 23:11
“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO
Siyasi / 26.06.2025 14:26
Ermənistan “Turan”a qoşulur – ANONS - VİDEO
Elm və təhsil / 25.06.2025 22:13
“Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır” - VİDEO
Elm və təhsil / 25.06.2025 13:49
“Etrusk yazıları türkcədir” – ANONS
Siyasi, Sosial / 24.06.2025 22:09
Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi / 24.06.2025 19:00
“İndiki İrəvanın gerbindəki rəmzlər İrəvan xanlığının bayrağından qəbul edilib” - VİDEO
Sosial / 24.06.2025 14:34
Qarxın tayfasının qurduğu yurd yeri – ANONS - VİDEO
Elm və təhsil / 24.06.2025 13:22
İrəvan gerbindəki türk rəmzləri – ANONS
Müsahibə / 23.06.2025 23:04
“Sayat Nova Azərbaycan dilinin incəliklərinə dərindən bələd olub” - VİDEO
Elm və təhsil / 23.06.2025 11:27
Tarixçi alim beynəlxalq konfransda Azərbaycan xanlıqlarından danışıb
Elm və təhsil / 21.06.2025 22:11
“Qıpçaqlar Qafqazda Albaniya sivilizasiyasını yaradıblar” - VİDEO
Siyasi, Sosial / 20.06.2025 22:25
“Ləlvər dağından axan sudan limonad düzəldirdik” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.06.2025 13:22
“Nənəm çörək bişirəndə ermənilərə də verirdi…” – Sona Əliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 19.06.2025 22:50
“İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” - VİDEO
Siyasi / 19.06.2025 14:36
İrəvanın İran təlaşı – ANONS - VİDEO
Elm və təhsil / 18.06.2025 22:47
“Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub” - VİDEO
Elm və təhsil / 18.06.2025 13:44
“Şumerlər türk mənşəlidir” – ANONS
Siyasi, Sosial / 17.06.2025 22:35
Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq – türk tarixinin izi - VİDEO
Sosial / 17.06.2025 14:32
Başqa adı Çimənkənd olan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 16.06.2025 22:43
“SSRİ dövründə Ermənistan iqtisadiyyatı Azərbaycandan asılı olub” - VİDEO
Elm və təhsil / 14.06.2025 22:49
“Türklərin qədim adları oğuzlar olub” - VİDEO
Siyasi, Sosial / 13.06.2025 22:36
“Hələ 1977-ci ildə marşal Bağramyan demişdi ki, türkləri qovacağıq” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.06.2025 14:29
“Sallı həsrəti ilə böyüyən Afaq Mustafayevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.06.2025 22:37
“Ermənistanın Milli Arxivindən Qərbi Azərbaycanla bağlı materiallar Azərbaycana verilib” - VİDEO
Təhlil / 12.06.2025 13:34
İrəvan təşvişdə – ANONS - VİDEO
Elm və təhsil / 11.06.2025 23:10
“Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var” - VİDEO