Müsahibə 16.06.2025 22:43

“SSRİ dövründə Ermənistan iqtisadiyyatı Azərbaycandan asılı olub” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Əməkdar jurnalist Səyyad Aran olub.

O, ata-baba yurdu Aşağı Necili kəndindən söhbət açıb. Bildirib ki, İrəvan şəhərinin yaxınlığında, Zəngi çayının sahilində yerləşən bu kənd məntəqəsi tarixən Azərbaycan türklərinin yaşayış məskəni olub. XX əsrin əvvəlində irəvanın əhalisinin 70 faizini azərbaycanlılar təşkil edib. Lakin ötən əsrdə baş verən soyqırımı və deportasiyalar nəticəsində Qərbi Azərbaycanın əzəli sakinləri dəfələrlə didərginlik həyatı yaşayıb, öz ev-eşiklərini itirmək məcburiyyətində qalıblar. Sonradan bu evlərdə xaricdən gətirilən ermənilər məskunlaşdırılıblar. Bu siyasət SSRİ dövründə üstüörtülü şəkildə davam etdirilib. Aşağı Necili sakinləri də daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər. 1988-ci ilin deportasiyasında isə bütün Qərbi Azərbaycan, o cümlədən Aşağı Necili kəndi birdəfəlik azərbaycanlılardan təmizlənib, Ermənistan monoetnik dövlətə çevrilib.

Millət vəkili S.Aran 1948-1953-cü illərin deportasiyasında Azərbaycanın İmişli, Beyləqan rayonlarına köçürülən soydaşlarımızın ağır şəraitdə yaşamasına, müxtəlif xəstəliklərə yoluxaraq həyatlarını itirmələrinə toxunub. Qeyd edib ki, dağ camaatını kütləvi şəkildə aran zonasına köçürmək bir xalqa qarşı törədilmiş məqsədli soyqırımıdır. Müsahib Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından sonra həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin qətiyyətli siyasətindən, soydaşlarımızda tarixi vətənə qayıtmaq və torpaqlarımıza sahib çıxmaq ümidinin artmasından da danışıb. Söyləyib ki, tezliklə Qərbi azərbaycanlılar ata-baba yurda qayıdacaqlar.

Millət vəkili SSRİ dövründə Ermənistan iqtisadiyyatının Azərbaycandan asılı olduğunu diqqətə çatdıraraq, gələcəkdə də İrəvanın Bakıya möhtac olacağını vurğulayıb. Bildirib ki, Cəunbi Qafqazın qüdrətli dövlətinə çevrilən Azərbaycanla düşmənçilik etmək heç bir ölkəyə xeyir gətirməz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Müsahibə iyunun 14-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 16.06.2025 22:43
“SSRİ dövründə Ermənistan iqtisadiyyatı Azərbaycandan asılı olub” - VİDEO
Elm və təhsil / 14.06.2025 22:49
“Türklərin qədim adları oğuzlar olub” - VİDEO
Siyasi, Sosial / 13.06.2025 22:36
“Hələ 1977-ci ildə marşal Bağramyan demişdi ki, türkləri qovacağıq” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.06.2025 14:29
“Sallı həsrəti ilə böyüyən Afaq Mustafayevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.06.2025 22:37
“Ermənistanın Milli Arxivindən Qərbi Azərbaycanla bağlı materiallar Azərbaycana verilib” - VİDEO
Təhlil / 12.06.2025 13:34
İrəvan təşvişdə – ANONS - VİDEO
Elm və təhsil / 11.06.2025 23:10
“Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var” - VİDEO
Elm və təhsil / 11.06.2025 13:22
Türk tarixini dəyişdirən sikkə – ANONS - VİDEO
Mədəni / 11.06.2025 12:44
Bəstəkar Ruhin İsmayılov Londonda “Böyük Mükafat”a layiq görülüb - FOTO - VİDEO
Siyasi, Sosial / 10.06.2025 22:33
Aşağı Axtala, Aşağı Bədili, Aşağı Qanlıca – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 19:59
“Ermənilərin fikri: “Azərbaycanlıların qayıdışı erməni dövlətçiliyinin sonudur” - VİDEO
Sosial / 10.06.2025 14:35
Yunanların yerləşdirildiyi türk yurdu – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 13:22
“İrəvanda daxili siyasi gərginlik artır” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 09.06.2025 22:28
“Göyçəni görmək, oradan reportaj hazırlamaq istəyirəm” - VİDEO
Gündəm / 06.06.2025 00:01
Azərbaycanda Qurban bayramı qeyd olunur
Siyasi, Təhlil / 05.06.2025 22:29
“Paşinyan seçkilərdə əlavə 10 faiz səsi Qərbi Azərbaycanlılardan toplamağa çalışır?“ - VİDEO
Siyasi, Təhlil / 05.06.2025 14:21
Alen Simonyanın iddiası: “Azərbaycanlılar qayıdır” – ANONS
Hərbi, Sosial / 05.06.2025 00:02
Susuzluq kəndi şəhidləri xatirə lövhəsində yaşadır - FOTO
Elm və təhsil / 04.06.2025 22:34
“Prototürklər Qafqazda əsas tayfalar olmuşdular” - VİDEO
Mətbuat, Sosial / 04.06.2025 20:20
Məhərrəmin qol saatı - FOTO
Elm və təhsil / 04.06.2025 15:32
Rusiyanın tatarlaşdırmaq siyasətinin mahiyyəti – ANONS
Gündəm, Mətbuat / 04.06.2025 14:47
Məhərrəm İbrahimovun məzarı 4-cü ildönümündə ziyarət edilib - FOTO
Gündəm, Hərbi / 04.06.2025 00:01
Susuzluq faciəsi – Şəhid jurnalistlərin minaya düşməsindən 4 il ötür - FOTO - VİDEO
Siyasi, Sosial / 03.06.2025 22:19
Aşağı Adyaman, Aşağı Altuntaxt, Aşağı Alçalı və Aşağı Axta – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 03.06.2025 19:07
“Türk Dövlətləri Təşkilatı gələcəkdə hərbi ittifaqa çevrilə bilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.06.2025 14:31
“Türkmənçay”ın qurbanı olan kənd – ANONS - VİDEO