Paşinyanın keşiş hədəsi – kilsənin böyük narahatlığı – TƏHLİL - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyanın erməni kilsəsi ilə münasibətləri daha da gərginləşib.
Rakus.az xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərinə səfəri zamanı Paşinyan keşişləri hədələyib və onun bəyanatı Eçmiədzin kilsəsində böyük narahatlıq yaradıb.
Paşinyan bildirib ki, hökumət kilsənin daxili işlərinə qarışmadığını bəyan etdikdə, bir sıra keşişlər belə qənaət hasil edirlər ki, bu hakimiyyət əvvəlkinə bənzəmir və ona asanlıqla quyu qazmaq olar.
Baş nazir vurğulayıb ki, həmin keşişlər güclü zərbəyə məruz qalacaq və həm sözün həqiqi, həm də məcazi mənasında diz çökdürüləcəklər.
Baş nazirin bu bəyanatı ilə bağlı jurnalistlərə açıqlama verən ermənilərin katolikosu II Qaregin bildirib ki, “keşişlərin diz çökdürüləcəyi” məsələsini Paşinyanla onun səfəri başa çatdıqdan sonra müzakirə edəcək.
O əlavə edib ki, kilsə artıq bu sərt bəyanata lazımi cavab verib və baş nazirlə bir daha müzakirə edəcək.
Qareginin sözlərinə görə, hazırda erməni xalqını narahat edən bir çox məsələ ətrafında da Paşinyanla fikir mübadiləsi aparmaq niyyətindədir.