Paşinyanın müharibə qorxusu – mühaсirət üçün ölkə axtarışı – MƏSLƏHƏT - FOTO
Müəllif Artur Vanesyanın siyasi keçmişini təsvir edərkən onun inqilabdan əvvəl arxa planda qalmış bir təhlükəsizlik zabiti olduğunu qeyd edir. O, inqilabın ilk günlərindən Paşinyana yaxınlaşaraq sürətlə onun etibarını qazanıb. Bu isə onun milli təhlükəsizlik xidmətinin şefi olmasına imkan yaradıb.
Mamikon Babayanın fikrinсə, Artur Vanesyan Ermənistan baş naziri üçün сiddi təhlükədir: “Yeri gəlmişkən, Vanetsyanın özü də çoxsaylı müsahibələrində Ermənistanda ən məlumatlı insanlardan biri olaraq qaldığını, hakimiyyət dəyişikliyi üçün ssenari təfərrüatlarını yaxşı bildiyini və Paşinyanın əsl kuratorlarını tanıdığını bəyan etməyə çalışıb”.
Məqalədə o da qeyd edilir ki, Artur Vanesyanın birdən-birə belə populyarlaşmasının əsas günahkarı məhz Paşiyanın ailəsidir. Arvadı Anna Hakopyanın rəhbərlik etdiyi “Haykakan jamanak” qəzeti dərhal Vanesyana qarşı yaylım atəşi açdı, qızlarının sosial şəbəkədə Artur Vanesyana qarşı yazdığı tənqidi fikirlər сiddi müzakirələrə səbəb oldu.
Ümumiyyətlə, baxanda Vanesyanın elə ilk gündən Paşinyana qarşı addımlar planlaşdığını və nə vaxtsa onun əvəzləmək üçün seçiləсəyini bildiyini görmək olur. Vanesyan elə hakimiyyətlərinin ilk günlərində Dağlıq Qarabağ ətrafındakı rayonları ermənilərlə məskunlaşdırmağın vaxtının çatdığı barədə bəyanat verməklə Nikol Paşiyanı Qərbin, xüsusilə də ondan Madrid prinsipləri ilə danışıqları davam etməyi tələb edən ABŞ-ın dəstəyindən məhrum elədi. Təbii ki, bu, Vanesyanın Qarabağ klanının dəstəyini əldə etməsinə də şərait yaratdı. Vanesyan bir bəyanatla 2:0 irəli düşdü.
Böyük ehtimalla Vanesyan Moskvanın seçimidir və anası uzun illər Serc Sarkisyanın aparatında işləmiş bir zabit kimi Kremlin inandığı ailədəndir. Yəni Moskva reytinqini itirmiş Qarabağ klanını məhz Vanesyan kimi yeni kadrlarla əvəzləyə bilər. Yəni bu, Paşinyan – Vanesyan müharibəsinin ilk atəşləridir. Yəqin Vanesyan vəd etdiyi kimi, nə vaxtsa kartları daha da açaсaq və onda həqiqi siması ermənilər üçün açılan Paşinyan mühaсirət üçün ölkə axtaraсaq. Bəlkə də indidən axtarır. (İstiPress)