Siyasi 17.02.2020 19:26

Paşinyanın Njde ritorikasına görə ələ salındı

“Nikol Paşinyanın Almaniyaya səfəri onun Dağlıq Qarabağın tanınmamış statusunu təsdiq etmək səylərinə dayanan işğalçılıq ritorikasından kənara çıxmağa hazır olmadığını növbəti dəfə nümayiş etdirdi. Bu hələ Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən əvvəl, Fridrix Ebert Fondunda xarici jurnalistlərlə söhbət əsnasında aydın oldu. Həmin görüşdə Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması səbəbləri və ölkədə nasistlərin əlaltısı olan Qaregin Njdenin qəhrəman kimi qələmə verilməsi barədə bir sıra etiraflar etdi”.

Rakus.az xəbər verir ki, bu barədə Rusiyanın “Vestnik Kavkaza” informasiya agentliyinin jurnalisti Mamikon Babayan yazır. Məqalədə vurğulanır ki, Paşinyana sual verən jurnalistlər hazırkı baş nazirin 1988-1992-ci illərdə etnomilliyyətçi problemlərin eskalasiya dövründə erməni separatizmi ilə bağlı olmadığını qeyd ediblər. Həmçinin Ermənistanın bundan əvvəlki iki prezidentinin, özlərinin məhz “döyüş xidmətləri” sayəsində respublikanın müasir tarixinə düşən Robert Koçaryan və Serj Sarkisyanın fəal iştirak etdikləri Qarabağ müharibəsi dövründə baş verən hadisələrə Paşinyanın aidiyyəti olmadığı nəzərə çarpdırılır.

Müəllif vurğulayır ki, Paşinyandan sülhməramlı prosesə yeni siyasi doktrinanın əlavə edilməsini gözləyirdilər. Lakin jurnalistlərin suallarına cavab verərkən erməni baş nazir Azərbaycan tərəfinin ritorikasında boşluqlar axtarmağa üstünlük verdi.

“Qaregin Njdenin qəhrəman kimi qələmə verilməsi barədə suala erməni baş nazirin cavabı mərhələli danışıqlara nail olunması perspektivini tamamilə alt-üst etdi. Paşinyan Njdenin hitlerçilərlə əməkdaşlığı faktının əhəmiyyətini bilərəkdən əksildərək onun Birinci Dünya müharibəsi dövründəki fəaliyyətini qeyd etməyə üstünlük verdi. Paşinyan nasistlərlə əməkdaşlığı Azərbaycan mühacirətinin tanınmış xadimi Məmməd Əmin Rəsulzadəyə aid etdi. Bütövlükdə, erməni baş nazirin Qaregin Njdenin cinayətkarlığına münasibətdə ritorikası elə fikir yaratdı ki, nasistlərlə əlbirlik indiki Ermənistan üçün cinayət hesab edilmir”, – M.Babayan yazır.

Müəllifin fikrincə, Qarabağ klanının qarışaraq indi Paşinyan müxalifətini təmsil etməsinə baxmayaraq, onun kölgəsi əvvəlki kimi sülhməramlı qüvvələrin başı üzərindədir. Erməni diplomatiyasına son onilliklər rəhbərlik edən metodik göstərişlər əvvəlki kimi aktualdır. Yalnız fərq ondadır ki, indiki siyasi elita tez-tez çaşaraq və öz-özünə ziddiyyət təşkil edərək, heç də əminliklə onlara sahib deyil. (Azərtac)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO