Sosial 26.03.2020 17:14

Pensiya kartlarının müddəti uzadıldı

Ölkəmizdə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı növbəti addımını atıb. Bu xəstəliyin xüsusilə yaşlı insanların səhhəti üçün doğurduğu təhlükələri nəzərə alaraq Bank pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün “Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib.

Rakus.az xəbər verir ki, Bankdan bildirilib ki, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır. Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərtilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları nağdsız ödənişlər üçün də keçərlidir. Bu kartlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının POS terminallarında məhsul və xidmətlərin dəyərini nağdsız ödəmək olar.

“Böyüklərə hörmətlə” təşəbbüsünün məramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı pensiyaya yenicə çıxmış, amma pensiya kartını hələ bankdan götürməmiş şəxslərə kartların evlərində çatdırılması, eyni zamanda ucqar yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün səyyar ATM-lərin göndərilməsi istiqamətində də tədbirlər hazırlayır. Bu barədə əlavə məlumat veriləcək.

Azərbaycan Beynəlxalq Bankı bütün müştəriləri kimi pensiya kartı sahiblərinə də ödənişlərini mümkün qədər nağdsız aparmağı tövsiyə edir. Bu zaman onlar həm bankın yaratdığı kəşbək imkanlarından faydalanacaq, həm də dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO