Pərdəarxası 90 dəqiqəlik görüş – sərt konfrontasiya – TƏHLİL - FOTO
Bir qrup Respublikaçı senator Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anti-İŞİD kürd qüvvələrini “terrorçu” kimi təqdim etmək səylərini Ağ Evdə Oval Ofisdə keçən gərgin görüşdə rədd edib.
Rakus.az xəbər verir ki, deyilənə görə, senatorlar Türkiyə liderinə görüşdə iştirak edən Prezident Donald Trampdan xeyli sərt mövqe sərgiləyiblər.
Söhbət iştirakçıları deyir ki, çərşənbə günü Ağ Evdə görüş zamanı Ərdoğan amerikalılara kürd qüvvələrini mənfi səciyyələndirən propaqanda videosu göstərib.
Ərdoğanın bu hərəkəti Senator Lindsey Qaraham tərəfindən sərt təpki ilə qarşılanıb.
“İndi istəyirsən ki, mən də sənə kürdlərin sənin qüvvələrinin törətdikləri haqda hazırladıqları videonu göstərim?” deyə amerikalı senator Ərdoğandan soruşub.
Amerikalı senatorlar aydın ediblər ki, Ərdoğan Rusiyadan aldğı anti-hava raket sistemini yerləşdirməkdə davam etsə, iqtisadi sanksiyalarla üzləşəcək.
Pərdəarxası keçən görüşdə sərt konfrontasiya Trampın Ərdoğanı icitmaiyyət qarşısında qarşıladığı tonla təzad təşkil edir.
Doxsan dəqiqəlik görüşdə Qrahamdan əlavə Senatorlar Cim Riş, Ted Kruz və Rik Skott iştirak ediblər.
Trampın yaxın siyasi müttəfiqi olan Qraham ABŞ liderinin qoşunları Suriyadan çıxarmaq qərarını və Türkiyənin oraya hərbi müdaxiləsini kəskin tənqid edib.
Bir sıra qanunvericilər Trampın hazırkı durumda Ərdoğanı Ağ Evdə qəbul etməsinə mənfi münasibət bildirib.
İki ölkə arasında gərginliklər Türkiyənin Rusiyadan raket sistemi alması və Suriyanın şimalına hərbi müdaxiləsi, Amerikanın dəstəklədiyi anti-İŞİD qüvvələrinə hücumları ilə xeyli artıb.
Ümumiyyətlə, Türkiyə və Birləşmiş Ştatların liderlərinin arasında noyabrın 13-də aparılan danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Onların görüşü iki ölkə arasında münasibətlərin gərgin olduğu vaxta təsadüf edib.
Donald Tramp və Rəcəb Tayyib Ərdoğan Ağ Evdə aparılan danışıqları “produktiv və səmimi” adlandırıb.
Tramp çərşənbə axşamı keçirilən mətbuat konfransında bu məsələyə toxunmayıb və Türkiyənin möhtəşəm NATO tərəfdaşı olduğunu söyləyib.
Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin, Vaşinqtonda amerikalı həmkarı Donald Tramp ilə görüşünün müsbət keçdiyini və mövcud fikir ayrılıqlarının yoluna qoyulması üçün dialoqun vacibliyini vurğulayıb.
Xatırladaq ki, bu həftənin əvvəlində hər iki partiyadan konqresmenlər Trampa Türkiyə Prezidenti ilə görüşünü ləğv etməyə çağıran məktub ünvanlamışdı. Onlar buna səbəb olarak Ərdoğanın Suriyadakı “fəlakətli” əməllərini və “S-400” sistemini almasını göstərmişdilər.