Sosial 13.06.2019 09:45

İşsizlərə təqaüd ödəniləcək

Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.

Rakus.az xəbər verir ki, qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq  orqanları və ya “DOST” mərkəzləri tərəfindən cəlb edilirlər.

Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunur. Peşə hazırlığı Xidmətin göndərişi əsasında Xidmətin tabeliyində olan təhsil müəssisəsi, qanunla müəyyən olunmuş qaydada fəaliyyətinə lisenziya verilmiş digər təhsil müəssisələrində  təşkil edilir. Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir.  Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 aya qədərdir. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) “Məşğulluq” altsistemində (MAS) işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib işi seçmək mümkün olmadıqda, əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə peşə hazırlığına cəlb edir. İşsiz şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur. Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. Xidmətin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.

İşaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir. İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

Peşə hazırlığı aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

– işsizlikdən sığorta fondunun vəsaiti;

– işəgötürənlərin vəsaiti;

– işaxtaran şəxslərin şəxsi vəsaiti;

-“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

– qanunvericiliklə qadağan olunmayan digər  mənbələr.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO