Siyasi 16.07.2024 18:49

Türklər bütün regionda təhlükəsizliyi, sabitliyi və rifahı təmin etməyə qadirdilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi səfir Abbasəli Həsənov olub.

O, bu günlərdə İranda keçirilən Prezident seçkilərinin nəticələri ilə bağlı fikirlərini açıqlayıb, Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri işlədiyi dövrdə yeni Prezident seçilən Məsud Pezeşkianı yaxşı tanıdığını deyib.

Onun sözlərinə görə, İranda türk əsilli Məsud Pezeşkianın Prezident seçilməsi müsbət hadisədir: “İran ictimaiyyəti belə bir islahatçı Prezidenti çoxdan gözləyirdi. Əminəm ki, onun dövründə İranda tərəqqi olacaq. Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin inkişafı üçün böyük imkanlar yaranacaq. Pezeşkyanın gəlişi Zəngəzur dəhlizi məsələsinin həllinə də müsbət təsir göstərəcək”.

Diplomat bu günlərdə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən danışıb və bildirib ki, indi müasir dünya aydın şəkildə formalaşmış siyasət tələb edir: “Prezident İlham Əliyev bəyan etdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Təbii ki, TDT-nin qlobal miqyasda güc mərkəzlərindən birinə çevrilməsi sabitlik və təhlükəsizliyi təmin edəcək. Türklər bütün regionda təhlükəsizliyi, sabitliyi və rifahı təmin etməyə qadirdilər”.

A.Həsənov Macarıstanın Türk dünyasının sıx birləşməsi ilə bağlı baxışını yüksək dəyərləndirib, Baş nazir Orbanın TDT sammitində  iştirakı ilə bağlı Brüsseldə yaranmış narazılığın əsassız olduğunu vurğulayıb.

Səfir Ermənistanla Azərbaycan arasında Sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də Qərbi azərbaycanlıların qayıdışı məsələlərinə də toxunub: “Ermənistanda Sülh sazişinin imzalanmasına müsbət münasibət var. Azərbaycan bütün ölkələr üçün faydalı layihələr təklif edir. İndi Azərbaycanla Ermənistan arasında açıq sual az qalıb. Azərbaycanlıların geri qayıtması məsələsi beynəlxalq səviyyədə həll olunur. Ermənistan Sülh sazişini imzalamamaqla özünü beynəlxalq layihələrdə iştirakdan məhrum edir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyulun 16-da saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

xxx

“Тюрки обеспечат безопасность, стабильность и процветание во всех регионах” – Хроника Западного Азербайджана

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был посол Аббасали Гасанов.

Он выразил свое мнение по итогам состоявшихся в эти дни президентских выборов в Иране и сообщил, что еще в то время, когда он работал чрезвычайным и полномочным послом Азербайджана в Иране, был лично знаком с Масудом Пезешкианом, новым Президентом.

По его словам, избрание Масуда Пезешкиана, человека турецкого происхождения является позитивным событием в Иране: “Иранская общественность давно ждала такого президента-реформатора. Я уверен, что за время его правления в Иране будет прогресс. Откроются большие возможности для развития двусторонних отношений между Азербайджаном и Ираном. Приход Пезешкиана окажет положительное влияние и на решение вопроса Зангезурского коридора».

Дипломат рассказал о состоявшемся в эти дни в Шуше неофициальном саммите глав государств Организации турецких государств (ОТГ) и отметил, что сейчас современный мир требует четко сформированной политики: “Президент Ильхам Алиев заявил, что расширение отношений с тюркскими странами, тюркским миром и укреплением Организации тюркских государств является приоритетным направлением внешней политики Азербайджана. Конечно, превращение ОТГ в один из центров силы мирового масштаба обеспечит стабильность и безопасность. «Тюрки обеспечат безопасность, стабильность и процветание во всех регионах».

А. Гасанов высоко оценил точку зрения Венгрии на тесную интеграцию тюркского мира и подчеркнул, что недовольство в Брюсселе участием премьер-министра Орбана в саммите ОТГ беспочвенно.

Посол также коснулся вопросов подписания Мирного соглашения между Арменией и Азербайджаном, делимитации и демаркации границ, а также возвращения уроженцев Западного Азербайджана: ” В Армении положительно отнеслись к подписанию мирного соглашения. Азербайджан предлагает те проекты, которые выгодны всем странам. Сейчас между Азербайджаном и Арменией осталось мало открытых вопросов. Вопрос возвращения азербайджанцев решается на международном уровне. «Не подписав мирного соглашения, Армения повторно лишит себя участия в международных проектах».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 16 июля в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO