Sosial 09.10.2019 12:58

Piket kütləvi hüquq pozuntuları ilə müşayiət olundu – Bakı Polisi

Özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun və Azərbaycan Xalq Cəbhəsi Partiyasının razılaşdırılan piketi paytaxtın mərkəzində kütləvi hüquq pozuntuları ilə müşayiət olunub.

Rakus.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, piket ərəfəsində təşkilatçılara tədbirin qanunvericilik tələblərinə uyğun keçirilməsi ilə bağlı edilən rəsmi xəbərdarlıqlara baxmayaraq, piket iştirakçıları qanunun tələblərini pozmaqla yanaşı, razılaşdırılan xüsusatlardan kənar, “piketə dəstək” adı altında qanunsuz çağırışlar etməklə daha çox tərəfdarın cəlb olunmasına çalışıblar. Nəticədə sıxlığın, gediş-gəlişin, nəqliyyat axınının intensiv olduğu mərkəzi küçələrdə qeydə alınan hüquqazidd əməllər hərəkətin iflic olmasına səbəb olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaradıb. Ətrafdakı insanlara qarşı kobudluq və polisi qarşıdurmaya çəkmə cəhdləri baş verib.

Baş verənlər, qeydə alınanlarla yanaşı, paytaxtın mərkəzi küçələrində şəhər təsərrüfatına ziyan vurulub, kommunal xidmətlərin tullantı qutuları dağıdılıb, antisanitariya normaları pozulub. Küçə yürüşünə cəhd zamanı müşahidə olunanlar onu deməyə əsas verir ki, təşkilatçılar “piketə dəstək” adı altında qanunsuz çağırışları ilə iştirakçıların hüquqazidd əməllərinə zəmin yaradıblar. Bu əməllər onunla nəticələnib ki, iştirakçılar paytaxt küçələrində bir saat ərzində intizamsızlıq nümayiş etdirməklə acınacaqlı durum yaradıblar.

Piket iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb olunan polis əməkdaşları ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək, insanların hüquqlarını təmin etmək üçün üzərlərinə düşən vəzifələri qanunvericiliyə müvafiq olaraq peşəkarlıqla yerinə yetiriblər. (AZƏRTAC)

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO