Siyasi 10.05.2019 10:30

Portalın təqdimatı keçirildi - FOTO

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalının (http://heydaraliyev-centers.az) təqdimat mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzi ümummilli liderin siyasi irsinin araşdırılması, təbliğ olunması sahəsində böyük işlər həyata keçirir: “Bir neçə istiqamətdə fəaliyyət göstərən mərkəz istər ölkə, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi əsas məkana çevrilib. Mərkəz həmçinin Azərbaycan həqiqətlərinin, tariximizin, mədəniyyətimizin ölkə hüdudlarından kənarda da təbliği və təşviqi istiqamətində layihələr həyata keçirir”.

Heydər Əliyev mərkəzlərinin informasiya portalının istifadəyə verilməsini yüksək qiymətləndirən Adil Kərimli deyib ki, bu layihə mərkəzlər fəaliyyətini çevik izləmək imkan yaradacaq. İnformasiya portalı eyni zamanda Heydər Əliyev mərkəzləri arasında sıx əlaqələrin yaradılması, informasiya mübadiləsinin təşkili üçün xüsusi önəm daşıyır.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Heydər Əliyev mərkəzlərinin fəaliyyətindən söz açıb. Bildirilib ki, bu gün Heydər Əliyev mərkəzləri ölkəmizin 60 şəhər və rayonunu əhatə edir. Unikal memarlıq üslubunda tikilən bu mərkəzlər rayonların ən gözəl tikililərindən sayılır və yerli əhalinin, gənclərin, rayona təşrif buyuran qonaqların, turistlərin ziyarət etdiyi əsas məkanlardan biridir.

Bildirildi ki, Azərbaycanda müasir dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, köklü siyasi və iqtisadi islahatların həyata keçirilməsi, respublikamızın dünyada etibarlı tərəfdaş kimi tanınması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin həyat və fəaliyyətinin, onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliği Heydər Əliyev mərkəzlərinin əsas vəzifəsidir. Mədəniyyət Nazirliyi bu mərkəzlərin fəaliyyətini bir pəncərədə birləşdirmək, onların fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə interaktiv veb-portal hazırlayıb.

Rafiq Bayramov vurğulayıb ki, rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalı bu mədəniyyət ocaqlarının fəaliyyətinin günün tələblərinə uyğun səviyyədə qurmağa kömək edəcək, stimullaşdıracaq, Heydər Əliyev irsinin tədqiqi və təbliği sahəsində yeni-yeni nailiyyətlərə sövq edəcək.

Sonra portalın təqdimatı olub. Məlumat verilib ki, portal Heydər Əliyev mərkəzləri haqqında bütün zəruri məlumatları özündə ehtiva edir. Portalda hər mərkəzin öz səhifəsi var. Burada mərkəzin yaradılması, binası, bu müəssisəyə dair sənədlər, rəhbərlik və əməkdaşlar, muzey sahələri, qalereya, kitabxana, dərnəklər, kurslar və s. məlumatlar əksini tapıb.

Bundan əlavə, hər mərkəzin səhifəsində Heydər Əliyevin həmin rayona səfərləri, bölgənin sosial-iqtisadi həyatında oynadığı rol, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri, mərkəzə yaxın mədəniyyət müəssisələri və rayon haqqında məlumatlar da yer alır.

Portalın ən böyük üstünlüyü Heydər Əliyev mərkəzlərində keçirilən tədbirlərin, rayonun sosial-iqtisadi, siyasi həyatına dair vacib xəbərlərin operativ şəkildə ictimaiyyətə təqdim edilməsidir. Bu isə ay ərzində çoxsaylı informasiyanın dövriyyəyə daxil olmasına, müasir informasiya texnologiyalarından istifadənin asanlaşmasına töhfə olacaq.

Təqdimatdan sonra Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva, Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Samirə Həsənovanın mərkəzlərin fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında çıxışları dinlənilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO