Mətbuat 01.04.2021 13:11

Pozner Tbilisi ni yumurta atəşi altında tərk etdi - VİDEO

Tbilisiyə dostları ilə birlikdə gələn rusiyalı jurnalist Vladimir Pozner gecə ərzində müxalifət partiyalarının nümayəndələrinin və tərəfdarlarının Gürcüstan paytaxtında baş verən aksiyaları ilə əlaqədar olaraq aprelin 1-də Gürcüstanı tərk etmək məcburiyyətində qalıb.

Rakus.az xəbər verir ki, bu barədə “İnterfaks” yazıb.

Nəşr qeyd edir ki, Tbilisidə 87 yaşını qeyd etməyi planlaşdıran Pozner və onunla birlikdə Moskvadan gələn qonaqlar səhər saatlarında Tbilisi Beynəlxalq Hava Limanına qədər polis müşayiəti ilə gəlib.

Gürcüstan KİV-ləri yazır ki, etiraz aksiyasının iştirakçıları jurnalist və dostlarının olduğu avtobusa yumurta atıblar.

Gürcüstanın Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Poznerlə birlikdə Tbilisidəki hotellərdən birində təşkil olunmuş məclisdə iştirak edən 32 nəfər karantin qaydalarını pozduqları üçün cərimə olunublar.

Martın 31-də jurnalist Vladimir Poznerin Tbilisiyə gəlməsi Gürcüstanın bir sıra qeyri-hökumət təşkilatları və müxalifət partiyaları üzvləri arasında etirazlara səbəb olub. Etirazçılar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmədiyi üçün jurnalistdən ölkəni tərk etməyi tələb ediblər. Onlar Poznerin gəlişinin mənəvi və hüquqi baxımdan qəbuledilməz olduğunu və eyni zamanda epidemiya əleyhinə normaları pozduğunu hesab ediblər. Bundan əlavə, aktivistlər gələnlərin komendant saatına baxmayaraq, Tbilisidə sərbəst hərəkət etdiklərinə diqqət çəkiblər.

“Qruziya Onlayn” portalı qeyd edir ki, jurnalist 50 nəfərə qədər insanın müşayiəti ilə çarter reyslə Tbilisiyə uçub. Pozner Gürcüstan paytaxtında aprelin 1-də 87-ci doğum gününü qeyd etməyə hazırlaşıb.

Spontan aksiyanın iştirakçıları Vladimir Pozner və ətrafının nahar etdiyi hotelin qarşısında toplaşıblar. Gürcüstan mətbuatının yazdığına görə, söhbət “Vinotel” kompleksindən gedir. Hadisə yerinə gələn polislər uzun müddət baş verənlərə müdaxilə etməyib, yalnız daha aqresiv əhval-ruhiyyədə olan iştirakçıların hotelə girməsinə əngəl olmağa çalışıblar.

“İnterfaks” agentliyinin məlumatına görə, nəticədə etirazçılar binanın elektrik enerjisi ilə təminatını dayandırmağa müvəffəq olublar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşanıb.

Elektrik enerjisinin kəsilməsindən sonra Pozner və dostları Tbilisidəki digər mehmanxanaya – “Rooms Hotel”ə yerləşdiriliblər. Teleaparıcının arxasınca gedən aktivistlər həmin hotelin fasadına da yumurta atıblar.

Bununla belə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, Pozner bəzi aksiya iştirakçılarının vurğuladığı kimi “işğal olunmuş torpaqlar haqqında” qanunu pozmayıb. Qurumdan qeyd olunub ki, jurnalisti müşayiət edən şəxslərin bir hissəsi koronavirus peyvəndi vurulması, bir hissəsi isə mənfi test nəticəsi barədə arayış təqdim ediblər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO