Prezident İlham Əliyev 22 iyul – Milli Mətbuat Günü ilə bağlı “Facebook” hesabında paylaşım edib.
Rakus.az xəbər verir ki, paylaşımda deyilir:
“Əsası “Əkinçi” ilə qoyulan , maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynamışdır”.
Xatırladaq ki, bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.