Gündəm 26.02.2025 10:17

Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə bir etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1 275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl addımlar atılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2025-ci il fevralın 25-də Sərəncam imzalayıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 26.02.2025 13:39
Fransız səyyahları İrəvan haqqında nə yazıb? – ANONS
Mətbuat, Siyasi / 26.02.2025 12:47
Xocalı cinayətini törədənlərin cəzalandırılması vacibdir - FOTO - VİDEO
Gündəm / 26.02.2025 10:25
Xalq Xocalı soyqırımı qurbanlarının xatirəsini anır - FOTO
Gündəm / 26.02.2025 10:17
Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO
Gündəm / 26.02.2025 10:02
Prezident Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşıb - VİDEO
Gündəm / 26.02.2025 00:03
Xocalı soyqırımından 33 il ötür - FOTO
Siyasi, Sosial / 25.02.2025 22:16
Anağızoğlu, Anagüney, And, Angersak – türk tarixinin izi - FOTO - VİDEO
Mətbuat, Siyasi / 25.02.2025 19:44
Azərbaycan-Pakistan münasibətləri dünyaya nümunədir - FOTO - VİDEO
Siyasi, Sosial / 25.02.2025 19:12
“Rəssamların sayəsində İrəvanın tipik şərq şəhəri olduğunu görürük” - VİDEO
Mətbuat / 25.02.2025 17:44
Fransa müstəmləkələrindən gələn media nümayəndələri ilə görüş olub - FOTO
Təhlil / 25.02.2025 15:24
İki milyard dollarlıq anlaşma- Bakı-İslamabad əməkdaşlığı – TƏHLİL
Sosial / 25.02.2025 14:26
Adı mənbələrdə 4 cür yazılan yurd – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.02.2025 13:50
Savadlı azərbaycanlılar ermənilərə lazım deyildi – ANONS - VİDEO
Mədəni / 25.02.2025 10:10
Bu gün Novruzun ilk çərşənbəsidir
Video müsahibə / 24.02.2025 22:32
“Çar Rusiyası Gorusda əhalinin etnik tərkibini məqsədli şəkildə dəyişdirib” - FOTO - VİDEO
Təhlil / 24.02.2025 16:55
Almaniyada seçkilər – ağır olan siyasi vəziyyət – TƏHLİL
Təhlil / 24.02.2025 14:40
Ankaranın Kiyevə vəkillik rolu – TƏHLİL
Siyasi, Təhlil / 23.02.2025 11:21
“Paşinyan anlayır ki, həqiqi sülh üçün xarici müdaxilədən qurtulmaq lazımdır” – TƏHLİL
Siyasi, Sosial / 21.02.2025 23:15
“Anam dedi ki, qız balalarım erməni vəhşilərinin əlinə düşməməlidir” - FOTO - VİDEO
Siyasi, Təhlil / 21.02.2025 15:29
Ermənistan lideri Kremli niyə hədəf alıb? - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 21.02.2025 15:19
Min sınaqdan çıxan, yaşayıb, inkişaf edən Azərbaycan dili – TƏHLİL
Mədəni, Sosial / 21.02.2025 14:10
“O torpaqda ruhum qalıb” – Südabə Kazımovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Elm və təhsil / 19.02.2025 22:40
“Avropada ermənilərə casus kimi baxılırdı” - FOTO - VİDEO
Siyasi / 19.02.2025 16:12
“Ermənistan 300 min Qərbi azərbaycanlının hüququnu inkar edir” – DEPUTAT
Elm və təhsil / 19.02.2025 14:42
Rus çarlarının məkrli erməni layihəsi – ANONS - VİDEO
Siyasi, Sosial / 18.02.2025 22:08
Alçalı Təpə, Amağu, Amasiya – türk tarixinin izi - FOTO - VİDEO